Təbiət

Palçıq vulkanlarında minerallar törənir

Palçıq vulkanizmi ilə bağlı minerallar aləmi heyrət doğuracaq qədər rəngarəngdir. Hazırda yüzdən çox mineral növü qeydə alınmışdır. Onların böyük əksəriyyəti palçıq vulkanlarının yenidən işləyib hazırladığı və səthə çıxartdığı süxurlardan alınmışdır. Genetik olaraq palçıq vulkanizmi prosesinə bağlı olan, növ baxımından azlıq təşkil edən minerallar qrupu xüsusi maraq doğurur. Palçıq vulkanı mənşəli minerallar vulkan suları və qazlarının palçıq vulkanlarının çıxartdığı litoloji komplekslərlə qatışığının çoxmərhələli mürəkkəb fiziki-kimyəvi proseslərinin qarşılıqlı təsirini əks etdirir.

 

Ən geniş yayılmış mineral piritdir. Bu mineral Azərbaycan, Kerç-Taman vulkanları üçün xüsusilə xarakterik olub palçıq vulkanlarında tez-tez tamamilə təzə pirit, ya vulkan brekçiyasının müxtəlif bərk süxurlarının qırıntılarında qabıqcıq formasında, ya da gilli kütlənin sopka şlamında səpələnmiş, olduqca gözəl kristallar şəklində müşahidə olunur. Ən iri pirit kristallarına (10 sm-ə qədər) Qobustanda Şıxzərlı palçıq vulkanının təzə vulkan tullantılarında rast gəlinir.


Palçıq vulkanı mənşəli mineralların tərkibində aşağıda adları çəkilən minerallar xüsusilə diqqəti cəlb edir: külçə qrafıt; sulfıdlər sinnabarit, sfalerit, bürsilit, molibdenit, qalenit, realqar, auripiqment, sulfoduzlar-düfrenuazit; oksidlər-kuprit, karbonatlar-malaxit, sulfatlar-barit, heksanhidrit; boratlar-lüneburgit, boronatrokalsit və s. halodlarflüorit; fosfatlar-apatit, demit, mürəkkəb dəmir fosfatı, maqnezium və kalsium.

Palçıq vulkanı fəaliyyəti nəticəsində əmələ gəlmiş minerallarda hamarlılıqdan əsər-əlamət olmur, ayrılmalara incə və nazik formalar xasdır və çox vaxt kövrək kristal bitişmələrə rast gəlinir.


Palçıq vulkanı mənşəli mineralların aşağı temperaturlu hidroter mal proseslər üçün səciyyəvi olan minerallara oxşarlığı diqqəti cəlb edir.