Təbiət

Lianalar necə böyüyür?

Liana tropik meşələrdə ən geniş yayılmış bitki növlərindən biridir. Onlar torpaqda bitir, ancaq aşağıda onlara işıq bəs etmir. Ona görə də liananın elastk gövdəsi ağacların gövdəsinə yapışıb sarılır, sanki yavaş-yavaş yuxarı, günəş işığına tərəf qalxır. Həm də bu vaxt lianalar ağaclara heç bir zərər vurmur, çünkki qidanı əvvəlki kimi torpaqdan alır. Əgər bir neçə liana yan-yana bitirsə, onlar bir-birinə dolanır və çox vaxt bu tropik meşələri tamamilə keçilməz edir.