Təbiət

Dağlarda 1000 metrdən yüksəkdə hansı bitkilər bitir?

Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, əsasən, iynəyarpaqlı ağaclar-küknar, şam və ardıc ağacları bitir. Mülayim iqlimə malik rayonlarda, Avropanın mərkəzi və cənubunda iynəyarpaqlı ağacların arasında fıstıq və tozağacı kimi yarpaqlı ağaclara da rast gəlmək olur. Cənubi Amerikanın isti iqlimi olan elə bu hündürlüklərində isə bitki örtüyü daha müxtəlifdir, orada palıd və sidr ağacı, ayıdöşəyi, beqoniya və hətta səhləb çiçəyinə rast gəlinir.


Bu zonadan meşəliklər qurtarır, yüksəklikdə ağaclar üçün hava çox soyuq və küləklidir. Yuxarı Alp çəmənlikləri adlanan hissə başlayır, burada daha soyuğadavamlı, uzun, bərk yarpaqlı otlar bitir. Bu hündürlükdə güllər çox azdır. Ən hündür dağ çiçəyi edelveysdir, o, 2500 metr hündürlükdə bitə bilir, Pireney və Mərkəzi Avropa dağlarında rast gəlinir.