Təbiət

Şirin sularda hansı bitkilər yaşayır?

Bir çox bitkilərin yaşaması üçün onlara çoxlu su lazımdır, ona görə də onlar, məsələn, qarğı, qamış, qaymaqçiçəyi, cil kimi bitkilər çayların sahilində bitir. 


Elə bitkilər də var ki, suyun altında yaşayır, adətən, onlara göllərdə və düzənlikdə asta axan çaylarda rast gəlinir, çünki iti axın onların kökünü suyun dibindən qopara bilər. Bəzi su bitkilərinin gövdələri və kökləri suyun altında olur, yarpaq və çiçəkləri isə suyun üstündə üzür. Başqa bitkilər suyun altında yerləşir, ancaq dayaz yerlərdə bitir ki, yarpaqlar günəş işığı ala bilsin. Ancaq onların çiçəkləri suyun üzərinə qalxır, əks halda onların tozlanması baş tutmazdı.