Təbiət

Su bitkiləri də torpaqda bitən bitkilər kimi böyük olurmu?

Adətən, su bitkilərinin yarpaqları və gövdələri o qədər də böyük olmur. Ancaq tropik meşələrdə çox sulu çayların hövzəsinin daha sakit axan hissələrində çox iri yarpaqlı su bitkilərinə rast gəlinir. Ən böyük su bitkisi nəhəng viktoriyadır, ona Amazonka çayının hövzəsində rast gəlinir. Viktoriyanın diametri iki-üç metrə çatan qıraqları qatlanmış dairəvi yarpaqları var, çay quşları tez-tez dincəlmək üçün onu üzərinə qonur. Bu cür yarpaq 75 kq-a qədər ağırlığı götürə bilir. Viktoriyanın çiçəkləri ancaq gecə açır, onun toxumları isə yeməlidir.