Təbiət

Niyə səhrada məskunlaşmış bitkilərin belə yoğun gövdələri və qalın yarpaqları olur?

Səhrada yağışdan sonra su qumun arasından süzülərək tez yox olur. Ona görə də bitkilər yağış yağan qısa müddət ərzində daha çox su əldə etməyi və onu daha uzun müddətə qoruyub saxlamağı bacarmalıdır. Bitkinin yarpaqları nə qədər qalın, gövdəsi nə qədər yoğun olarsa, onun hüceyrələrində o qədər su yığılır və bitki susuz daha uzun müddət yaşaya bilər.