Təbiət

Gecə göyqurşağı

Ay işığının hava su damcılarında əks olunması və sınması zamanı gecələr də göy qurşağını aşkar etmək mümkündür. Lakin bu proses çox nadir hallarda müşahidə edilir. Hadisənin baş verməsi üçün gecə səma zil qaranlıq olmalı, ay isə səmada hündürlükdə görünməlidir (yer səthinə nəzərən 42° -lik meyillilikdən daha aşağı). Ay isə ən parlaq fazasında, yəni tam ay şəklində olmalıdır (bədirlənmiş ay).

 

Adi göy qurşağından fərqli olaraq bu tip göy qurşağı özünü daha zəif büruzə verir.  Səbəb isə  ayın səthindən daha az miqdarda işığın əks olunmasıdır.

 

Gursulu şəlalələr üzərində bu hadisələrə şahid olmaq daha real görünür. Çünki, şəlalələr gursulu olma səbəbindən havada duman təbəqələri yaradırlar.

 

Bu yerlərə misal olaraq Zambiya və Zimbabve sərhədində yerləşən Viktoriya şəlaləsini, Havay adalarını, ABŞ-ın Yosemit Milli Parkını və Kentukki İstirahət Parkını göstərmək olar ("Cumberland" şəlaləsi - hadisənin müşahidə edilməsi üçün ərazidə günün 24 saatı insanların gəzintisinə icazə verilir).