Təbiət

Bataqlıqda üzən ada

Argentinanın şimal-şərqində, Parana çayının deltasında bataqlıqda üzən ada mövcuddur. Həndəsi cəhətdən mükəmməlliyə malik olan və diametri 118 metr olan adanın necə yarandığı haqqında dəqiq məlumat yoxdur.

 

Kiçik adanın ətrafı şəffaf və aşağı temperatura malik su ilə əhatə olunub və ada öz oxu boyunca üzür və eyni bir ərazidə fırlanır. Buna səbəb onun daha bir maneə yaradan dairə formalı relyeflə əhatə olunmasıdır. Qeyd edək ki, bu hissə ətraf bataqlığa nisbətən daha sərt formaya malikdir.

 

Ada hər dəfə onu əhatə edən relyefə toxunduqca onun relyefi aşınmaya məruz qalır və simmetrik olaraq onu əhatə edən maneənin formasını alır. Bənzərlik səbəbindən adaya "Göz" adını vermişlər.

 

Ərazinin coğrafi koordinantları: 34°15'07.8"S 58°49'47.4"W.