Təbiət

Fosillər

Fosil - üzərindən uzun müddət keçməsinə baxmayaraq orqanizmdən geriyə qalan canlı qalıqlarıdır. Canlı qalıqlarının fosil sayılması üçün onların yaşı 10 min ili ötməlidir. Canlının bədəninin palçığa batması ilə yaranan havasız rejim də fosillərin formalaşması üçün əsas səbəblərdəndir. Palçıqda həll olan minerallar qalıqları daha da uzunmüddətli qalması üçün daşa çevirir. 

 

“Fosil” sözünün mənası latın dilindən tərcümədə “qazılmış” anlamına gəlir. Fosilləri tədqiq edən insanlar paleontoloqlar adlanır. Fosillər haqqında düşünərkən təkcə ağlımıza onların sümükləri və ya dişləri gəlməməlidir. Çünki fosillərin yaşadıqları dövrdə onların davranışını xarakterizə edən iz fosilləri də var. Məsələn: ayaq izləri, yuvalar, yumurtalar və s.

 

Fosillərin bizə ötürdüyü məlumatlar həqiqətən Yerdəki həyatın monoton davam etmədiyinin bir başqa sübutudur, məsələn, bəzi timsah növlərinin əcdadlarının otyeyən heyvanlar olması kimi.

 

Fosil tapmaq üçün davam edən qazıntı işləri uzun müddət çəkə bilər. Məsələn: 1989-cu ildə “William Zinsmeister” Antarktida sahillərində yerləşən “Seymour” adasında təxminən 15 ton ağırlığında və 12.2 metr uzunluğunda nəhəng fosil aşkar etdi ("Plesiosaur").

Qazıntı işləri Antarktidaya yaxın ərazidə getdiyindən bu iş həm ilin müəyyən olunmuş qısa müddətli vaxtlarında aparılmalı idi, həm də xeyli maliyyə vəsaiti tələb edirdi. 2017-ci ildə hələ də qazıntı işləri davam edirdi. Bütövlükdə fosilləşmiş heyvan qalığı tapmaq nadir rast gəlinən hadisələrdəndir. Fosillər bizə canlıların harada yaşadığı, necə göründüyü, hara səyahət etdiyi, hansı qidalarla qidalandığı barədə məlumat verir. Hər bir qitədə fosillərdən nümunə tapılmışdır. Hətta, lələkləri olan dinozavr qalıqları da tapılmışdır. Ən qədim fosil 3.2 milyard il əvvəl Cənubi Afrika sahillərində yaşamış mavi-yaşıl yosunlardır. Bu yaxınlarda Çində qarğa ölçüsündə dinozavr növü aşkar edilib (mikroraptor). İndiyə qədər aşkar edilmiş ən böyük fosil Taylandda tapılan daşlaşmış ağacdır. Ağacın uzunluğu 72 metrdən çox idi. Güman edilir ki, mövcud olduğu dövrdə ağacın uzunluğu daha çox olmuşdur.  

 

Himalay dağlarında ammonit adlanan qədim dəniz heyvanlarının qalıqları aşkar edilib. Bu, elm adamlarına milyonlarla il əvvəl Himalay dağlarına çevrilən qayaların əvvəllər okeanın dibində olduğunu bildirir. Bəzi fosillər o qədər kiçikdir ki, onları mikroskopsuz görmək mümkün deyil.