Bu maraqlıdır!

20 maraqlı coğrafi fakt

1. Lesoto, Vatikan və San Marino - ərazisi tamamilə başqa bir ölkənin ərazisi ilə əhatə olunmuş üç müstəqil dövlətlərdir. Lesoto- Cənubi Afrikada, Vatikan və San Marino isə İtaliyadadır.

 

2. Ən qısa yer adı ‘Å’-dır, həm İsveç, həm də Norveçdə yerləşən kənddir. Skandinaviya dillərində 'Å' 'çay' deməkdir.

 

3.Llanfairpwllgwyngyllgogerychwyrndrobwyll llantysiliogogogoch - dünyanın ən uzun kənd adıdır. Bu kənd Uelsdə yerləşir.

 

4. Dünyanın ikinci ən uzun yer adı “Taumatawhakatangihangak oauauotamateaturipukaka pikimaungahoronukupokaiwhe nua kitanatahu” (85 hərf) Yeni Zelandiyada bir təpəyə aiddir.

 

5. Sahəsinə görə dünyanın ən böyük şəhəri - Çinin Daxili Monqolustan bölgəsində yerləşən 263 953 kvadratmetr km. ərazini əhatə edən - Hulunbuir şəhəridir.

 

6. Vatikan - dünyanın ən kiçik dövlətidir. Onun sahəsi cəmi 40 hektar təşkil edir. Orta ölçülü bir şəhərdən daha kiçikdir.

 

7. Yer üzündə ən yüksək temperatur Liviyada qeydə alınıb və 136 F (57,7 dərəcə Selsi), ən aşağı temperatur isə Antarktidadakı Vostok stansiyasında 128 F (-89,2 dərəcə Selsi) olub.

 

8. San Marino - dünyanın ən qədim konstitusiya respublikası hesab olunur. 301-ci ildə imperator Diokletianın təqiblərindən qaçan xristian daş ustası tərəfindən qurulub. 1600-cü ildə qəbul edilən San Marino konstitusiyası isə dünyanın ən qədim konstitusiyasıdır. 

 

9. Everest dağı dəniz səviyyəsinə görə yer kürəsinin ən yüksək nöqtəsi olsa da, Aya ən yaxın olan - Çimborazo dağıdır. Marian çökəkliyi – dünyaya məlum olan çökəkliklərdən ən dərinidir.

 

10. Alyaska Amerikanın ən şimal, şərq və qərb ştatıdır. Şərq yarımkürəsində yeganə dövlətdir ki, onu eyni zamanda həm ən şərq, həm də ən qərb dövlət edir.

 

11. Orta Atlantika silsiləsi - yer üzündəki ən uzun dağ silsiləsidir (uzunluğu 40.000 km). Atlantik okeanının ortasında yerləşir. İslandiya bu dağ silsiləsinin su üzərindəki yeganə hissəsidir. And dağları Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada quru üzərində yerləşən ən uzun dağ silsiləsidir (təqr. 7000 km).

 

12. 18 fevral 1979-cu ildə Sahara səhrasına qar yağmışdır.

 

13. Buzlaqlar planetdəki bütün şirin suyun 70-80%-ni təşkil edir. Buzlaqların 99%-i Arktika və Antarktidada yerləşir.

 

14. 1811 və 1812-ci illərdə Rixter şkalası ilə 8 ballıq üç zəlzələ Missisipi çayının geri axmasına səbəb olmuşdur.

 

15. Ən dərin süni quyu Rusiyada yerləşir. Onun dərinliyi 12261 m-ə çatır.Bu quyu elmi tədqiqat üçün qazılmış və bir sıra gözlənilməz sürprizlər üzə çıxarmışdır. 

 

16. Liviya - dünyanın ən quraq ölkəsidir, ərazisinin 99%-i səhra təşkil edir.

 

17. Nemo nöqtəsi - Planetimizin ən uzaq nöqtəsidir. Sakit okeanın Cənub bölgəsində planetin quru hissəsindən xeyli uzaq məsafədə yerləşən bir nöqtədir. Ona ən yaxın məskunlaşma yeri ondan 400 km aralıqda yerləşən Beynəlxalq Kosmos Stansiyası sayılır.

 

18. Avstraliyanın “dinqo hasarı” Rusiya-Çin sərhədindən uzundur.

 

19. Ervandun və Sondonq mağaraları o qədər böyükdür ki, onların hər birinin öz mikroiqlimi var.

 

20. Yaponiyada 3900-dən çox ada, Filippində 7107, İndoneziyada isə 17508 ada var.