Görkəmli şəxsiyyətlər

Məşhur ingilis uşaq yazarı - Roald Dal

Britaniyanın ən məşhur yazıçılarından biri olan Roald Dal Cənubi Uelsin Llandaff şəhərində norveçli ailədə anadan olub. O, unudulmaz memuarlar yazaraq yaddaşlarda qala bilərdi, lakin Roald detektiv hekayə, fantastik roman və uşaq hekayələrinə müraciət edib. Onu dünya şöhrətinə çevirən əsərləri: "Qremlinlər", "Çarli və Şokolad Fabriki", "Ceyms və Möcüzə Şaftalı" və s. olub.


Bu britaniyalı yazıçının həyatı valehedici bir roman kimidir: çətin uşaqlıq, məktəbdə zorakılıq, ekzotik qitəni kəşf etmək, müharibə və qəhrəmanlıqlar, Oskar mükafatlı Hollivud ulduzu ilə evlilik və s. 


Britaniyalı yazar 13 sentyabr 1916-cı ildə Kardiffdə anadan olub. Valideynləri norveçli idilər. 1920-ci ildə 3 yaşlı Roald, bir neçə həftə ərzində böyük bacısını, daha sonra atasını itirir. Bundan sonra anası İngiltərəyə köçmək qərarına gəlir. Roald yeddi yaşında olanda anası onu Llandaff Katedral Məktəbinə göndərir və burada Roald iki ilini keçirir. Lakin məktəb direktoru tərəfindən uşaqlara qarşı zorakılıq Sofini məcbur edir ki, uşağı Ueston-Syuper-Maredəki Müqəddəs Pyotr internat məktəbinə göndərsin. Burada balaca Roald 13 yaşına qədər oxuyur.


1929-cu ildə, Roaldın 13 yaşı olanda ailəsi Kentə köçür. Dal təhsilini Repton məktəbində (Derbişir qraflığı) davam edir. Buradakı vəziyyət hətta Müqəddəs Pyotrdan da pis idi. Reptonda hökm sürən əxlaq və nizamlar Dal tərəfindən gələcəkdə qələmə alacaq "Foksli Skakun" hekayəsində təsvir olunmuşdur. İnternat məktəbini bitirdikdən dərhal sonra Roald Arktika Dairəsinə, Şpitsbergen adasına ekspedisiyada iştirak edir. O, Universitetə getməmək qərarına gəlir və 1933-cü ildə Shell-də işə düzəlir. İyirmi yaşında Shell-in işçisi kimi Roald Şərqi Afrikaya vəTanqanikaya (indiki Tanzaniya) səfər edir.


İkinci Dünya Müharibəsi zamanı o, Keniyanın Nayrobi şəhərində qırıcı pilot kimi xidmət edir. Liviya, Suriya, Yunanıstan üzərində səmada faşistlərə qarşı vuruşur və müharibəni polkovnik rütbəsi ilə başa vurur.


Müharibə illərində, yəni 1943-cü ildə Dal ilk hekayəsi olan “Qremlinlər”i nəşr etdirir. Bu hekayə əsasında eyni adlı sensasiyalı film (1984) sonradan səhnəyə qoyulur.


Müharibədən sonra Dal özünü tamamilə yaradıcılığa həsr edir: o, həm böyüklər, həm də uşaqlar üçün hekayə, roman və pyeslər yazır. 1950-ci illərin əvvəllərində Dal Nyu Yorka köçür və vaxtaşırı əsərləri The New Yorker-də nəşr olunmağa başlayır. Burada o, məşhurlar arasında idi. 1951-ci ildə o, ziyafətlərin birində Hollivud ulduzu Patrisiya Nillə tanış olur və ikili 1953-cü ildə ailə həyatı qurur. Onların beş övladı dünyaya gəlir - Oliviya, Tessa, Teo, Ofeliya və Lüsi. Ancaq 1983-cü ildə Roald və Patrisiya ayrılırlar və həmin ilin sonunda Dal ömrünün sonuna qədər birlikdə olacağı Felisiti D'Abro ilə evlənir.


“Ceyms və Nəhəng Şaftalı” (1961) kitabı Roald Dal tərəfindən övladları üçün yazılmışdır. Dal bu kitabı, ailəsi onu əlyazmanı redaktora aparmağa razı salana qədər, nəşr etmək niyyətində deyildi. Bu kitabın böyük uğurundan sonra Dal uşaq kitablarını yazmağa davam edir. Bundan sonra onun “Çarli və Şokolad Fabriki”, “Matilda” kimi məşhur kitablara işıq üzü görür.


Dal ilk qısa hekayəsini məhz Afrikada yazıb və nəşr etdirib. İngilis yazarının ilk ədəbi təcrübəsi məhz - gündəlik hərbi həyat haqqında hekayələr olub, daha sonra bu hekayələr "Mən qəbula gedirəm" ("Over to You", 1946) kitabına daxil edilib. Onların arasında pilotlara zərər verən və təyyarələri korlayan mifik varlıqların - Qremlinlərin hekayəsi var idi. Dalın uşaqlar üçün ilk işi belə ərsəyə gəlir. Müharibədən sonra, 1945-ci ildə yazıçı vətənə qayıdır və anası ilə yaşayır. Nüvə təhlükəsi haqqında uğursuz bir romandan sonra o, qısa hekayələr üzərində fikrini cəmləyir. Bu dövrün hekayələri "Klodun iti” silsiləsində toplanır və 1953-cü ildə buraxılır. 


Bir il sonra Dal fərqli üslubuna görə nüfuzlu Edqar Allan Po mükafatını alır. 5 ildən sonra yenidən mükafatın qalibi olur. Yalnız indi Dal artıq ədəbiyyatda naşı deyil, əsərləri dünyanın onlarla dilinə tərcümə olunan tanınmış qara yumor ustasıdır. Sonra yazıçı özünü yeni rolda sınayır, Amerikada yaşayarkən tanış olduğu dostu Yan Fleminqin kitabı əsasında “Sən yalnız iki dəfə yaşayırsan” filminin ssenarisini yazır. Ümumilikdə, Dal 20-dən çox film və televiziya ssenarisi yaratmışdır.


1964-cü ildə "Çarli və Şokolad Fabriki" romanı işıq üzü görür, ardınca “Çarli və Böyük Şüşə Lift” (1972), “Denni – Dünya Çempionu” (1975), “BFG və ya Böyük və Xeyirxah Nəhəng” (1982), “Cadugərlər” (1983), "Matilda" (1988). Yazıçının bütün uşaq kitabları ingilis rəssamı Kventin Bleyk tərəfindən illüstrasiya olunub. O, ustadın yaradıcılığının ruhuna uyğun gələn xüsusi üslub ilə işləyib.


Dalın uşaq əsərləri - müəllifin məzəli sözlər və sitatlara ayrılan gülməli neologizmlər vasitəsilə uşaqla öz dilində danışdığı xüsusi bir dünyadır. Onun kitablarında kəskin süjetə də, dram da, hətta kədərli sonluğa da yer alır, lakin böyüklərin zülmünə həmişə parlaq və saf uşaq zehni qalib gəlir.


Ömrünün son illərində Dalın qələmindən iki avtobioqrafik roman nəşr olunub: “Oğlan. Uşaqlıq nağılları (həyatının ilk illəri haqqında) (1984) və “Tək uçmaq” (“Going sol”) (Afrika və İkinci Dünya Müharibəsindəki həyatı haqqında) (1986).


Roald Dal 23 noyabr 1990-cı ildə Oksfordda (İngiltərə) 74 yaşında vəfat edib.