Təbiət

Dağ bitkiləri

Dağların yüksəkliklərinə doğru həyat şəraiti çətinləşir, bitkilər buna uyğunlaşmalıdır. Vadilərdə enliyarpaqlı meşələr, dağ yamaclarına qalxdıqca iynəyarpaqlı meşələr, yuxarılarda Alp kolluqları, daha yuxarılarda Alp çəmənləri kasıb tundra bitki örtüyünə keçir, daha yüksəkdə qayalıqlar və qar sahələri yerləşir.


Məşhur Alp çiçəkləri


Bir çox Alp çiçəkləri, məsələn qoreçavka və daş çiçəyi Alp çiçəkləri kimi məşhurdur, çünki onların vətəni Alp dağlarıdır. Onlar parlaq rənglərinə görə qiymətləndirilirlər və sərt soyuq şəraitdə yaxşı inkişaf edirlər.


Meşələr sərhəddə
Yüksək dağ şəraitində ağaclar çox boy ata bilmirlər, ona görə də ən yüksəkdə bitən ağaclara meşənin sərhəddi deyirlər. Bu sərhədlər yerli iqlimdən asılıdır. Alplarda bu səviyyə 2800 metrdir. Bu yüksəklikdə ağaclar ləng inkişaf edir, çox hallarda cılız və alçaq boyludurlar.


Dağlarda soyuqdur

 
Günəş Yeri isidir, Yer atmosferi bu istini saxlayır. Dağlara doğru yüksəkliyə qalxdıqca atmosfer seyrəkləşir və hava soyuqlaşır. Hər 150 metrdən bir hərarət 1 dərəcə aşağı düşür.


Bitkilər uyğunlaşır


Dağların sərt havasına bitkilər müxtəlif cür uyğunlaşır. Bəziləri torpağa sıxılaraq küləkdən gizlənir, başqalarının qalın tüklü yarpaqları var. Bu yarpaqlar onları şaxtadan qoruyur.


Hər yamacın öz bitkisi


Eyni dağın hər yamacının öz iplimi var. Cənub tərəf (Cənub yarımkürəsinin şimal tərəfi) günəşli və istidir, Şimal tərəfdə isə qar və buz uzun müddət ərimir.


Dağların otyeyənləri


Dağlarda yaşayan vəhşi heyvanların çoxu qarın altında özünə yuva eşir, hətta ən yüksək dağlarda qidalanmağa yem tapır. Başqaları, məsələn, sülikənlər yaz-yay aylarında da öz dərilərinin altına çoxlu piy yığaraq qışda qar altında yuxuya gedirlər.


Çiçəksiz artım


Dağlarda bir çox bitkilərin çiçəyi olmur, çünki orada həşəratlar yoxdur. Belə bitkilər vegetativ yolla artır. Onların üstündə çiçək əvəzinə kiçik gözlər əmələ gəlir, torpağa düşdükdə sərbəst sürətdə inkişaf edirlər.


Qar və buz arasında


Az bitkilər sərt soyuğa davam gətirir, ancaq bir çoxları qarın altında özlərini çox yaxşı hiss edirlər. Qar onların yorğanı rolunu oynayır, sərt küləkdən və şaxtadan qoruyur. Alp otları qarın altında yaşıllaşır, qar əridikdən sonra isə onların inkişafı dövrü başlayır.


Cəlbedici dağ bitkiləri

Dağlarda həşəratlar az olur. Onların diqqətini cəlb etmək üçün iri parlaq çiçəklər gərəkdir. Bəzi bitkilər öz çiçəklərini günəşə tərəf çevirir, günəş ləçəkləri qızdırır. Bu, günəş vannası qəbul etmək istəyən həşəratları cəlb edir.