Şeirlər

Gülzar İbrahimova. Yeni iliniz mübarək!

Yeni ildə uşaqlar
Böyük yolka qurdular,
Yolkanın ətrafında
Çaldılar, oynadılar,

 

Şaxta baba hamıya
Çoxlu hədiyyə verdi,
Uşaqları bax belə,
O sevdi, əzizlədi:

 

Mənim əziz balalarım,
Qardan təmiz balalarım,
Gəlin, birlikdə deyək,
Yeni iliniz mübarək!