Musiqi

Səadət Fərziyeva. Qar

I

Bəyaz paltar geydi dağ, təpə, meşələr,

Bəyaz örpək örtdü üstünə çəmənlər

Yollar buz bağladı, çaylar pıçıldadı

Söylədi təzə il gəlir!

 

Nəqarət:

Bax qara, qara bax, yağır, gətirir soraq

Dekabrın son günü gələcək bizə qonaq.

 

 

 

II

İlin fəsilləri gözəldir, gözəldir,

Günəş, yağış, külək-onların bəzəyidir.

Yaz sərin, yay isti, payız isə küləkli,

Qış-boran şaxta gətirir.