Təbiət

Niyə bəzi quşlar miqrasiya edir?

Yer kürəsində qış vaxtı soyuq olan rayonlarda yaşayan bəzi quş növləri miqrasiya edir. Payızda onlar dəstə şəklində toplanaraq iqlimi nisbətən isti olan yerlərə gedirlər. Bu cür quşları köçəri adlandırırlar.


Ancaq quşları öz doğma yerlərindən köçməyə məcbur edən heç də soyuq deyil. Əsasən, onlar yem azlığına görə köçüb gedirlər, çünki qış vaxtı quşların qidalandığı bitkilər, həşəratlar və kiçik heyvanlar yoxa çıxır, isti  ölkələrdə isə bu vaxt yem boldur.


Yazda köçəri quşlar payızda uçub getdikləri yerlərə qayıdırlar. Onlar yuva qurur və onu gələcək nəsil üçün hazır saxlayırlar.