Təbiət

Quşlar necə çoxalırlar?

Dişilər erkəklər onları mayalandırdıqdan sonra yumurta qoyurlar. Bundan sonra yumurta bir müddət istidə qalmalıdır, bunun üçün dişi və ya erkək, ya da hər ikisi növbə ilə yumurtanın üstündə oturur və öz bədənləri ilə onu
qızdırır-kürt yatırlar. Sonra bu yumurtadan bəzi quşlarda tez, bəzi quşlarda gec balalar çıxır.


Bəzi quşlarda balalar yumurtadan tük örtüyü inkişaf etmiş şəkildə çıxır, öz valideynlərinin arxasınca sərbəst hərəkət edə bilir.


Başqa quşlarda isə balalar çılpaq və köməksizdirlər, onlar böyüyənə və tüklənənə qədər yuvada qalır və valideynləri onlara qayğı göstərərək yemləyirlər. Quşların yuvaları da müxtəlifdir; yeni doğulmuş quş balaları nə qədər köməksizdirlərsə, yuvada daha çox qalmalıdır, ora daha rahat və istidir.