Təbiət

Məməlilər başqa heyvanlardan nə ilə fərqlənir?

Məməliləri başqa heyvanlardan fərqləndirən cəhət, elə onların bu cür adlandırılmasının səbəbi olan, öz balalarını süd ilə bəsləməsidir. Bunun üçün dişilərdə xüsusi orqan-məmələr var. Onlarda körpələrin ilk həftə və ya
ayları bol olan maye-süd əmələ gəlir.


Bundan başqa, bütün məməlilər diri balalayır. Bu o deməkdir ki, onların balaları bir müddət dişilərin orqanizmində böyüyüb inkişaf edir və ancaq bundan sonra dünyaya gəlirlər.


Bu əlamətlərinə görə məməliləri seçmək asandır. Bəzi məməlilər, məsələn, yarasa uçmağı bacarır və öz görünüşü ilə quşa oxşayır, ancaq onlardan məmələrinin olması ilə seçilir. İnsan da məməlilər sinfinə aiddir.


Doğrudanmı, şimpanze insana bütün heyvanlardan çox oxşayır?


Şimpanze, həmçinin başqa insanabənzər meymunlar (qorilla və oranqutan), insan kimi, primatlara, yəni ali məməlilər dəstəsinə aiddir. Xarici görünüşcə şimpanze o qədər də insana oxşamır, ancaq onlar insanlara xas olan bəzi xüsusiyyətlərə malikdir: şimpanze iki ayağının üstündə düz gəzə bilir, əlləri ilə müxtəlif əşyaları və yemi tuta bilir, onun qafa tası çox güclü inkişaf edib, gözləri bir-birinə yaxın yerləşib, məhz buna görə şimpanze insan kimi həcmli və rəngli görmə qabiliyyətinə malikdir.

 

Şimpanzenin intellekti başqa primatlara nisbətən daha güclü inkişaf edib, onlar insan davranışını təkrar edə, hətta əmək alətindən istifadə edə bilirlər. Şimpanze Afrika cəngəlliklərində yaşayır və bitkilərlə qidalanır.