Təbiət

Quşlara dimdik nə üçün lazımdır?

Dimdik quşlar üçün məməlilərdə dodaq və dişlərin etdiyi funksiyanı yerinə yetirir onun köməyi ilə quşlar yemi tutur və udur, torpaqda eşələnir, lələklərini təmizləyir, yuva qurur, öz balalarını yemləyir və özlərini müdafiə edirlər.


Yırtıcı və ölmüş heyvanların leşi ilə qidalanan quşlarda dimdik öz ovunu tikələrə parçalamaq üçün güclü, bir qədər əyilmiş və itidir. Leyləyin dimdiyi uzun və nazikdir, bu ona su hövzələrinin dayaz dibindən, daşların altından
və qalın kolluqların arasından öz yemini tapıb əldə etməyə imkan verir.


Kalibrinin də dimdiyi təxminən elə o formadadır və o qədər nazikdir ki, onun köməyilə çiçəkdən şirə çəkə bilir. Durnanın dimdiyi uzun və itidir, onunla balıq ovlamaq asandır. Alacəhrə kimi kiçik meşə quşlarının dimdiyi qısa və
dairəvidir, bu onlara bitkilərin toxumlarını dənləmək üçün lazımdır.


Beləliklə, hər bir quşun öz həyat tərzinə uyğun dimdiyi var.