Bu maraqlıdır!

Mədain Saleh

Mədain Saleh, Əl-Hicr və ya Heqra-Səudiyyə Ərəbistanının heyrətamiz qaya strukturları ilə məşhur olan 2000 yaşlı qədim memarlıq abidəsidir.  Kompleksə 111 qaya qəbirləri (e.ə. I əsr - I əsr), qüllələr, yaşayış məntəqələri, eləcə də karvan ticarətinin mərkəzi olmuş qədim Nəbatilər şəhəri-Heqra ilə bağlı hidrotexniki qurğular sistemi daxildir. Burada, həmçinin, Nəbatilər dövründən öncə mövcud olmuş dövrə aid 50-yə yaxın qayaüstü yazı aşkar edilib.

 

Mədain Saleh, Səudiyyə Ərəbistanında ilk Dünya İrsi siyahısına salınmış obyektdir. O, 2008-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Kompleks hər zaman həm alimlər, həm də səyyahlar arasında böyük maraq doğurub: qədim ustaların bütöv bir şəhəri nəhəng qayaların arasında necə oymağı bacardıqları və burada tapılan məzarların kimə məxsus olması ilə maraqlanır.

 

Mədain Saleh (ərəb dilindən "Peyğəmbər Salehin şəhəri") müxtəlif mənbələrdə Quran surəsinin şərəfinə “əl-Hicr” və ya “Hicr” adlanır, bu ad yunan müəllifləri tərəfindən istifadə edilmişdir. Səudiyyə Ərəbistanının şimal-qərbində, Əl-Ula vahasının şimalında, səhrada yerləşir. Bir zamanlar bu yerdən karvanlar keçirdi və Mədain Saleh Ərəbistan yarımadası, Aralıq dənizi və Asiya arasında ticarət mərkəzi olmuşdur.

 

Nəbatilər krallığının incəsənəti və memarlığı müxtəlif xalqların təsiri altında formalaşmışdır, ona görə də Mədain Salehdə misirlilərin, finikiyalıların, assuriyalıların və ellinist İsgəndəriyyənin ənənələri xüsusən nəzərə çarpır. Onu tez-tez Nəbatilər dövlətinin məşhur paytaxtı - müasir İordaniyanın qədim şəhərindən 500 km aralıda yerləşən Petra ilə müqayisə edirlər.

 

Qədim qəbirlərin fasadlarında müxtəlif yerlərdən götürülmüş memarlıq elementləri qorunub saxlanılıb.

 

Tarixi

Təxminən 2000 il əvvəl burada, Ərəbistan səhrasının ortasında, karvan ticarətinin mərkəzi olan Nəbatilər şəhəri - Heqra yerləşib. Şəhərin çiçəklənmə dövrü eramızdan əvvəl II əsrdə başlamış və təxminən dörd əsr davam etmişdir. Ədviyyat ticarətinin inkişafı, kifayət qədər su ehtiyatı və zəngin məhsullar Heqranı Şərqin ən zəngin şəhərlərindən birinə çevirmişdir. Romalılar səhra şəhərini II əsrdə fəth etdilər və Roma İmperiyası Qırmızı dəniz üzərindən gəmi ilə ticarət etməyi üstünlük verdiyinə görə, səhradan keçən karvanlar getdikcə yox olma səviyyəsinə gəldi - şəhər tənəzzülə uğradı və əvvəlki  gücünü itirdi.

 

Osmanlılar dövründə qədim şəhərin yaxınlığında dəmir yolu çəkildi və bu yol ilə həcc zamanı livanlı, türk və fələstinli zəvvarlar Məkkəyə yollanırdılar.