Şeirlər

Gülzar İbrahimova. Yuxuyozma

Ana, mənə de görüm

Nəyə görə yuxuda

Mən hər gecə uçuram?

Hərdən də görürəm ki,

Dənizin dibindəyəm,

Üzməsəm də batmıram?

-Quş kimi uçursansa

Deməli boy atırsan,

Yuxuda üzürsənsə

Demək xoş bəxtlisən sən

-«Bəs o nədir ay ana?

 Gördüm gecə yuxuda

 Mənə tort yedirdirsən!

-Demək ac yatmısan sən!