Nağıllar, hekayələr

İki bacı

Zeynəb pəncərədən başını çıxarıb havanı qoxlayırdı. Humay bacısının nə etdiyini başa düşmək üçün maraqla onun yanına gəldi. Bacısının nə etdiyini soruşdu.

 

Zeynəb yağışdan islanmış torpağın qoxusundan danışdı. Birlikdə həyətə düşüb bağçada skamyada oturdular. Zeynəb və Humay ətrafa yayılan qoxunu doya-doya qoxladılar. İki bacı birlikdə oturub söhbət etdilər.


Anası onları eyvandan səslədi. Yuxarı qalxıb hazırlaşmalı idilər. Çünki atası onları buz konkisi kursuna aparacaqdı. Humay buzun üstündə çətinliklə dayana bilirdi. Tezliklə öyrənib rəqs etmək istəyirdi. Zeynəb isə buzun üzərində sürüşə bilməsə də, bacısı ilə birgə əylənirdi. İki bacının maraq dairələri fərqli olsa da, birlikdə vaxt keçirməyi sevirdilər.