Nağıllar, hekayələr

Balaca qırmızı toyuq

Bir fermada yaşayan balaca qırmızı Toyuğun üç dostu vardı: tənbəl it, yuxulu Pişik və səs-küylü Ördək.

 

Toyuq bir gün bir ovuc buğda tapdı. Dostlarının yanına gedib soruşdu:


-Kim bu toxumu əkməyə kömək edər?

 

Tənbəl İt dedi: “Yox mən istirahət edirəm.”

 

Yuxulu Pişik dedi: “Mən yatıram.”

 

Səs-küylü Ördək dedi: “Yox, mən mahnı oxuyuram.”

 

Toyuq dedi: “Yaxşı, bütün toxumları özüm tək əkərəm.”

 

Aylar keçdi. Böyüyən toxumları biçmə zamanı gəldi.

 

Toyuq dostlarından soruşdu: “Buğdaları biçməyə kim mənə kömək edəcək?”

 

Tənbəl İt dedi: “Yox, mən istirahət edirəm.”

 

Yuxulu Pişik dedi: “Mən yatıram.”

 

Səs-küylü Ördək dedi: “ Yox, mən mahnı oxuyuram.”

 

Toyuq dedi: “Yaxşı, bütün buğdaları özüm tək biçərəm.”


Toyuq buğdaları biçdi, dəyirmanda üyütdü və un əldə etdi. əldə etdiyi undan çox dadlı çörək çörək bişirdi.

 

Dostlarından soruşdu: “Bu çörəyi yeməyə kim mənə kömək edər?”

 

Tənbəl İt dedi: “Mən hal-hazırda istirahət etmirəm.”

 

Yuxulu Pişik dedi: “Mən hal-hazırda yatmıram.”

 

Səs-küylü Ördək dedi: “ Mən hal-hazırda mən mahnı oxumuram.”

 

Toyuq dedi: “Yox, bütün çörəkləri özüm tək yeyərəm.”