Nağıllar, hekayələr

Viktor Qolyavkin. Yaandreyev

Hər şey soyadıma görə baş verir. Mən əlifbaya görə jurnalda birinciyəm; həmişə birinci məni çağırırlar.


Ona görə hamıdan pis oxuyuram. Vovka Yakulovun bütün qiymətləri beşdir. Onun soyadı ilə bu çətin deyil-o jurnalda sonuncudur. O çağırılana qədər gözləyir. Mənim soyadımla bu mümkün deyil. Mən fikirləşib nəsə etməli idim. Yemək vaxtı, yatmadan əvvəl fikirləşdim – amma heç bir şey tapa bilmədim. Mən hətta dolabın içinə girdim ki, mənə düşünməyə mane olmasınlar. Bax, dolabın içində mənim ağlıma bu fikir gəldi. Dərsə gələn kimi uşaqlara dedim:


-Mən artıq Andreyev deyiləm, Yaandreyevəm.


- Biz çoxdan bilirik ki, sən Andreyevsən.


- Andreyev deyiləm, mən Yaandreyevam, “Ya” ilə başlayır- Yaandreyevəm.


-Heç nə başa düşmədik. Andreyev olduğun halda sən necə Yaandreyev olursan? Belə soyadlar ümumiyyətlə olmur.


-Bəzilərində olmur, bəzilərində olur, - mən dedim özüm bilərəm.


-Təəccüblüdür,- Vova deyir,- sən niyə birdən Yaandreyev oldun?


-Görəcəksiniz, - cavab verdim.


Aleksandra Petronovnaya yaxınlaşıram:


-Belə bir məsələ var, mən indi Yaandreyev oldum. Olarmı ki, jurnalda dəyişiklik edib mənim soyadımı Ya ilə yazasız?


-Bu nə fokuslardır? – Aleksandra Petrovna deyir.


-Bu heç də fokus deyil. Sadəcə bu mənim üçün çox vacibdir. Mən onda dərhal əlaçı olacam.


-Aaa, deməli elə. Onda olar. Gəl, Yaandreyev, dərsi danış.