Bu maraqlıdır!

Lüsi kimdir

Lüsi 1974-cü ildə amerikalı antropoloq Donald Cohanson tərəfindən tapılan məşhur fosilin adıdır. İbtidai insanların qalıqlarını paleontoloqlar və arxeoloqlar öyrənirlər. Onların tədqiqatları insanabənzər varlıqların müasir insanlara çevrilməsi tarixini aydınlaşdırmağa kömək edir. Müasir insanların əcdadları olan bu ilk insanları həm də qominidlər adlandırırlar. Əsasən, qominidlərə Lüsi kimi avstralopiteklər aiddir. 

 

Lüsi 3,2 milyon il əvvəl Efiopiyada yaşayıb. Belə qədim fosillər adətən natamam və ağır zədələnmiş halda tapılsa da, Lüsinin təəccüblü dərəcədə demək olar ki,  tam skeleti (skeletin 40%-i) tapılıb.

 

Aparılan tədqiqatlar Lüsinin nəsli kəsilmiş bir meymun növü olduğunu ortaya çıxarmışdır. Bir meymun növü olduğu və insanın təkamülü ilə bağlı olmadığı ortaya qoyulan avstralopitek cinsinə aid bir növü təmsil edir. Bu növün (Australopithecus afarensis) şimpanzelərlə eyni böyüklükdə beyini var, qabırğaları və çənə sümüyü dövrümüzün şimpanzeləri ilə eyni şəkildədir, qolları və ayaqları canlının bir şimpanze kimi yeridiyini göstərir.

 

Lüsinin boyu 130 sm, çəkisi cəmi 27 kq idi, o öləndə 25 yaşı var idi. Lüsinin ölüm səbəbi ilə bağlı dəqiq cavab vermək mümkün olmadı. Skeletində diş izlərinə dair çox dəlil yoxdur, ona görə də onun digər heyvanlar tərəfindən yeyilməsi üçün öldürüldüyü düşünülmür. Əslində onun sol çanağında tək yırtıcı diş izi var, lakin bu işarənin Lüsinin ölümündən əvvəl yoxsa sonra qoyulduğu bilinmir.

 

Lüsinin skeleti Efiopiya Milli Muzeyində xüsusi hazırlanmış guşədə saxlanılır. Beləliklə, bu gün olduğu yer kəşf edildiyi yerə olduqca yaxındır. Muzeydə ziyarətçilərə nümayiş etdirilən skelet əsl skeletin dəqiq surətidir. Bununla belə, əsl skelet 2007-2013-cü illər arasında ABŞ-ın müxtəlif yerlərində nümayiş etdirilib. Lüsinin skeletinin gips nüsxələrinə bütün dünyada rast gəlinir.