Təbiət

Heyvanların quru mühitə uyğunlaşması

Yer kürəsinin hər yerində xarici mühit şəraiti eyni olmadığı üçün heyvanların bədən quruluşu və həyat tərzi də müxtəlifdir. Quruda ən iri və güclü heyvanın fil olduğunu bilirsiniz. Onların uzun xortumu və iri qulaqları var. İri və güclü xortumu ilə qidalanır, su içir və öz bədənini milçəklərdən qoruyur. 


Qafqaz maralı, cüyür, ceyran otyeyən heyvanlardır. Bunlar sürətlə qaçmaqla düşmənlərindən qorunurlar. Dağ keçiləri, dağ qoyunu hündür və sıldırım dağlarda, qayalıqlarda yayılmışdır. Düşmənindən qorunmaq üçün gündüzlər yuvalarında gizlənir, gecələr qidalanmağa çıxırlar. 


Dovşanların sıx və yumşaq tükləri onları şaxtadan qoruyur. Kirpidə isə başqa uyğunlaşma yaranmışdır. Onların tükləri tikanlara, bəzi kirpilərdə oxlara çevrilmişdir. Təhlükə hiss edən kimi tikanlı kirpi yumrulanır və özünü xilas edir.


Qurdlar və bəzi xırda heyvanlarla, hətta zəhərli ilanlarla da qidalanır. Qışda isə kirpinin qidası demək olar ki, heç olmur. Onlar cütləşərək qış yuxusuna gedir.