Şeirlər

Gülzar İbrahimova. Mən balaca deyiləm

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram.
O qədər böyümüşəm,
10-a qədər sayıram!

 

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm.
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

 

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq.
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

 

Böyüyəm mən, böyüyəm
Görün necə, böyüyəm.
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!