Nağıllar, hekayələr

Azərbaycan-Polşa nağılı. Zəngin zadəgan haqqıda nağıl

Bir varlı adam vardı. Onun çoxlu pulu var idi və o pullarını qoca söyüdün oyuğunda gizlədirdi. Bir gün oyuq ağzına qədər dolanda, zadəgan deyir:

“Indi heç nə vecimə də deyil. Ev yanıb, kül olsa belə, mən artıq heç nədən qorxmuram. Çünkü pullarımı yaxşıca gizlətmişəm”.

 

Zadəgan bu sözləri deyər-deməz tufan qopur, ildırım çaxır və zadəganın bütün mülkü yanıb kül olur. Digər tərəfdən də, sel zadəganın pullarını gizlətdiyi söyüdü yuyub aparır. Nəticədə, zadəgan heç nəsiz qalır. Ona görə də, dünyanı gəz- məyə qərar verir.

 

Sel söyüdü bir kəndlinin həyətinə aparır. Kəndli hardan bilə bilərdi ki, selin gətirdiyi söyüdün oyuğunda pul var? Beləliklə, həmin söyüd o həyətdə uzun müddət qaldı. Ta ki, kəndlinin kotanı qırıldı, kəndli söyüdə yaxınlaşıb baltanı ona sapladı. Oyuqdan pullar yerə səpələndi. Kəndli pulları topladı, bu minvalla, çox varlı bir adam oldu.

 

Bir neçə ildən sonra bir kasıb dilənçi onun yanına gəlib gecələmək üçün yer istəyir. Bu dilənçi bir vaxt pullarını çuxurda gizlədən həmin zadəgan idi. Ev sahibi onunla danışanda anlayır ki, qonaq əvvəllər varlı olub, amma o, cənnət qüvvələrini qəzəbləndirdiyi üçün, oyuğunda pul dolu söyüdü sel ondan götürüb aparıb.

 

Ev sahibi arvadına hər şeyi sakitcə danışır. Arvad isə dilənçinin çantasında quru çörək dilimlərini görür və deyir:

– Baba, o quru çörək dilimlərini mənə ver, mən sizin üçün təzə çörək bişirərəm.

 

Dilənçi bayat çörək tikələri ona verir. O da onun üçün çörək bişirir, amma çörəyin ortasına çoxlu pul qoyur. Qoca təşəkkür edərək, yenidən qaldığı yerdən dünyanı gəzməyə davam edir.

 

Az gedir, çox gedir, birdən təsərrüfat işçilərinin ona doğru donuz sürdüyünü görür. Qoca həmin çörəyi onlara heç neçəyə satır. Təsərrüfat işçiləri ev sahibinin yanına gələrək, alınan çörəyi ona göstərirlər. Adam həmin çörəyi tanıyır.

 

Daha bir neçə il keçir. Yenə bədbəxt dilənçi həyətə gəlir, yenə ev sahibi ona kömək etmək qərarına gəlir: pul kisəsini pulla doldurub, körpünün üstünə qoyur. Və özü də körpünün altına gözləyir ki, pulu həmin bədbəxt sərgərdandan başqa heç kimin götürmədiyindən əmin olsun. Körpünü keçmək üzrə olan dilənçi isə, bu dəmdə fikirləşir ki, işti şaiət, birdən kor olsa, nə olardı... Düşüncəsini sınaqdan keçirmək üçün körpünü gözlərini yumaraq keçməyə qərar verir. Qoca gözlərini yumur, əlindəki dəyənəyi yerə vuraraq, qarşı tərəfə keçir və kəndlinin onun üçün körpüyə qoyduğu pul dolu xurcunu görmür.

 

Beləliklə, kəndli körpünün altından çıxıb, pul dolu xurcunu götürür və bir daha bu dilənçiyə kömək etməyə çalışmır. Əgər taleyi onu qüruruna görə cəzalandır­maq qərarına gəlibsə, nə etmək olardı axı?..