Təbiət

Dumbo osminoqu (Fil qulaqlı osminoq)

Dumbo osminoqları (Grimpoteuthis) bütün osminoq növlərinin ən dərin sularda yaşayan sakinidir. "Dumbo" adı onların Disneyin 1941-ci ildə çəkdiyi Dumbo filminin baş personajına bənzəməsindən irəli gəlir. 

 

Onların da özlüyündə müxtəlif növləri var. Bu günə qədər dumbo osminoqunun cəmi 17 fərqli növü məlumdur.

 

Bu osminoqun bədəninin yuxarı hissəsində yerləşən iki qulağa bənzər üzgəcləri var. Bu xüsusiyyətinə görə ona fil qulaqlı osminoq da demək olar.

 

Onların şəffaf bir bədəni var. Bəzi fil qulaqlı osminoq növləri qısa, kiçik və sarı rəngdədir, digərləri isə qəhvəyi və daha böyükdür.


 

Qulağa bənzər üzgəclərini yelləyərək üzərkən istiqamət üçün qollarından istifadə edirlər. Onlar digər osminoq növlərindən daha yavaş üzürlər.

 

Fil qulaqlı osminoqlar orta hesabla 20-30 sm ölçüdədir. Bundan əlavə, indiyə qədər görülmüş ən böyük dumbo osminoqun boyu 180 sm və çəkisi 5,9 kq-dır.

Fil qulaqlı osminoqlar dənizin 3000-4000 metr dərinliyində yaşayırlar. Onların səthə ən yaxın göründüyü dərinlik 1000 metrdir.


Əgər 4000 metrə qədər enə bilən sualtı qayığınız yoxdursa, onu canlı görə bilməzsiniz. Bu növ həm də ən dərin suda yaşayan osminoq növü kimi tanınır.


Onlara dünyanın bir çox yerlərində rast gəlinir. Ən çox yayılmış ölkələr və bölgələr; Avstraliya, Yeni Zelandiya, Filippin, Papua Yeni Qvineya, Azor adaları, Kaliforniya və Meksika körfəzidir.

 

Fil qulaqlı osminoqun qidanı necə tapması hələ tam olaraq müşahidə edilməyib. Lakin alimlərin fikrincə, onlar yemək üçün ilbizlər, torpaq qurdları və pinworms kimi canlıları ovlayırlar.


Özlərinə xas olan çox geniş ağızları var və ovlarını xırda-xırda deyil, bütünlüklə udurlar.

 

Dişi fil qulaqlı osminoq mərcan, qabıq və ya qaya kimi müxtəlif yerlərdə qeyri-müəyyən vaxtlarda yumurta qoyur.