Təbiət

Amarant

Amarant bitkisinin faydalı və müalicəvi xüsusiyyətləri insanlara hələ çox qədim dövrlərdən məlum olmuşdur. Amerika qitəsində yaşayan qədim hindular, meksikalılar, perulular bu bitkinin qida xüsusiyyətləri ila tanış odluqdan sonra onu geniş sahələrdə əkib becərərək və min tonlarla yaşıl kütlə əldə edirdilər. Amarant haqqında belə bir əfsanə söylənilir ki, guya onun süpürgəvari çiçəklərindən qırmızı boya alıb dini mərasimlərdə bəzək məqsədi ilə istifadə edirmişlər. O dövrdə kilsə xadimləri bu dini mərasimləri xaçpərəstlərin əleyhinə aparılan bir təbliğat kimi qələmə vermişlər. Buna görə də bu hadisə kilsə xadimləri tərəfindən yaxşı qarşılanmır. Beləliklə, XVI əsrin ortalarında amarant bitkisinin əkilib becərilməsi kilsə xadimləri tərəfindən qadağan edilib. Bundan başqa, biz, amarant bitkisi haqqında qədim və müasir elmi əsərləri araşdıraraq geniş tarixi, etnobotaniki və dəyərli elmi nəticələr əldə etdik, tarixi mənbələrin birində belə bir məlumata rast gəldik ki, orta əsrin din xadimləri qırmızı rəngi günah və cinayət rəngi adllandırıb, bu rənglə boyanmış ipək, yun və pambıq məmulatlarından toxunan geyimlərin qadağan edilməsi haqqında xüsusi qərar vermişlər. 400 ildən sonra amarant bitkisi yenidən insanların yadına düşməyə başlayır, yaddan çıxmış bitki yenidən bir sıra Qərb ölkələrində əhalinin marağına  səbəb olur. 
 
Dünya florasının tərkibində amarant cinsinin 60-a qədər növü və çoxsaylı formaları yayılmışdır. Azərbaycan ərazisində isə amarant cinsinin 9 növünə (2 növü mədəni halda becərilir) rast gəlinir.
 
Amarant cinsinin növlərini demək olar ki, Arktik və subtropik zonalardan başqa Yer kürəsinin hər yerində müşahidə etmək olar.
 
Amarant hündürlüyü 270-300 sm olan birillik ot bitkisidir. Gövdəsinin sonunda qırmızı, narıncı və qızılı-sarı rəngli süpürgəvari hamaşçiçəkləri, bir az aşağılarında isə iri yarpaqları yerləşmişdir. Toxumları qara rəngdə olub parlaq mərciyə oxşayan çox xırda, sanki qum zərrəsini xatırladır. Bir çiçək süpürgəsinin üzərində 500 mindən artıq toxum olur, hər hektar sahədən 20 sentner toxum əldə olunur. Normal inkişaf etmiş bir kolundan 30-40 kq yaşıl kütlə, 1 kq-a yaxın toxum götürülür. Son illərdə amarant btkisi yenidən alimlərin diqqətini özünə cəlb etmişdir. Amerika, Meksika, Peru, Afrika, Yaponiya, Hindistan və b. ölkələrin alimləri bu bitkinin faydalı xüsusiyyətlərini sürətlə öyrənməyə başlayıblar. Buradan belə bır sual meydana çıxır: bəs alimləri bitkinin hansı keyfiyyətləri maraqlandırır? Amarant bitkisi qiymətli tərəvəz və dənli bitki kimi hələ 8 min il bundadan qabaq Meksika, Peru, Hindistan, Nepal, Qvatemala, Həbəşistanda əkilib becərilmişdir. Xoş tamına və qidalılıq keyfiyyətinə malik pencər (amarant) nəbatət aləminin ən nadir ənginar (arlışok) və ıspanağını xatırladır. Onun cavan yarpaq və zoğlarından salat, soraba hazırlanır, müxtəlif xörəklərin tərkibinə qatılır.