Bu maraqlıdır!

Firuzə daşı

Firuzə daşı yer üzündəki ən qiymətli daşlar arasında mühüm yer tutur. Qədim türklərdə döyüş üçün istifadə edildiyi üçün türk daşı kimi də tanınır. Həm qadın, həm də kişi aksesuarlarının hazırlanmasında  üstünlük verilən ilk  daşlardan biridir.

 

Firuzə daşı özündə göyün mavisini və yerin yaşılını ehtiva etdiyi üçün qiymətli daşlar arasında balans daşı hesab olunur. Aksessuar olaraq üstünlük verilsə də, şəfa mənbəyi olması baxımından müalicəvi məqsədlə də istifadə edilir.

 

Onun daxilində adətən qara damarlar olur. Ən qiymətli daş heç bir damarı olmayan növdür. Bəzi daşlarda qızılı rəngli damarlar da qiymətli sayılır. Firuzəyi daşının istifadəsi Qədim Misirə gedib çıxır. Bu daş tarixdən bu günə kimi zərgərlik məmulatı və aksesuar kimi istifadə edilmişdir.

 

Firuzəyi daşın işlənməsi çox zəhmət tələb etdiyi üçün xüsusi işlənmə və zəhmət tələb edir. 

 

Firuzəyi daşın həqiqi olub olmadığını öyrənməyin müxtəlif yolları var. Əvvəlcə saçınızı daşa sarın və odda saxlayın. Saçınız yanmırsa, daş gerçəkdir. İkincisi, daşın ucunu bir az qırmaq lazımdır. Əgər daxili rəng xarici rənglə eynidirsə, daşınız həqiqidir.

 

Bir çox süni məhsullar boyanıb satıldığı üçün daşın üzərindəki boya yanarsa və onu yandırdığınız zaman kimyəvi qoxu yayılarsa, daşın həqiqi olub olmadığını müəyyən edə bilərsiniz.


Firuzə daşının bir sıra faydaları vardır:

 

Tənəffüs sistemini dəstəkləyir, ağciyər xəstəliklərinin və allergiyanın sağalmasına kömək edir.


Xroniki astma, öskürək və bronxial tutmaların qarşısının alınması və müalicəsində təsirlidir.


 Katarakta əmələ gəlməsinin qarşısını alır.

 

Migren, baş ağrısına qarşı təsirlidir.

 

Yorğunluq, depressiya və panik atakları aradan qaldırır.

 

Hüzur və rahatlıq təmin edərək ruhi və fiziki sağlamlığa müsbət təsir edir.


Stressi aradan qaldırır.

 

Mənfi enerjini götürərək, müsbət enerjinin yayılmasını təmin edər.

 

Ətrafdakı elektromaqnit dalğalarından qoruyur.