Təbiət

Qulançar

Qulançar faydalı tərəvəz bitkisi kimi bir neçə min il bundan qabaq mədəni halda əkilib becərilmişdir.
 
 
A.Dekandolun verdiyi məlumatlara görə, qulançar bitkisi ilk mənşəyini Avropa və Asiya qitələrinin mülayim iqlim zonalarından götürüb, dünyanın əksər rayonlarına yayılmışdır. Qədim Misir əlyazmalarında qulançar haqqında heç bir yazılı elmi qeydlərə rast gəlinmir. Lakin Misirin qədim abidələrinin daş sərdabələri üzərində qulançarın tez-tez təsviri ilə rastlaşırıq. Burada qulançar bitkisi dəstə-dəstə təsvir edilir. Buradan da belə bir fikir irəli sürmək olar ki, qulançar bizim eradan qabaq IV əsrdə Misir ərazilərində mədəni halda əkilib-becərilmişdir.
 
 
Qulançarın 2000 min il bundan əvvəl əkilib becərilməsinə baxmayaraq, onun növ müxtəlifliyi haqqında elmi araşdırmalara az rast gəlinir. 
 
 
Qulançarın çiçəkləri bir cinsli, iki evlidir. Çiçək yanlıqları müntəzəmdir, zəngvarıdır, altı yarpaqlıdır, sərbəstdir və ya bölümlüdür. Erkəkcikləri 6 ədəddir. Meyvələri giləmeyvə şəklindədir. Gövdələrı çoxbudaqlanandır. Yarpaqları kiçikdir, pərdəvari pulcuq şəklindədir. Yarpaqların qoltuğunda dəstələrlə sap və ya iynəyəbənzər yan budaqlar yerləşir. Belə sap və ya iynəyəbənzər şəkil almış budaqlara «kladodi» deyilir. Beləliklə, quşqonmaz növlərindən əsl yarpaqlar pərdəyəbənzər pulcuq şəkillidir, yarpağabənzər dəstələrlə yerləşmiş iynələr isə formasını dəyişmiş və yarpaq rolunu oynayan budaqlardır. Qulançar növləri qalınlaşmış kökümsovlara malik çoxillik otlardır. Qulançarın bir çox növləri qida, dərman əhəmiyyətli, nektar və bəzək xüsusiyyətli bitkilər hesab edilir.
 
 
Qulançarın tərkibində maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium, manqan kimi minerallar və ə A, C, B6, K kimi vitaminlər var.
 
 
Bitki mənşəli minerallarla zəngin olan qulançarın tərkibində inulin var. İnulin, sağlamlıq üçün faydalı olan bağırsaq bakteriyalarının qida mənbəyidir. Buna görə, qulançar istehlakı ilə vücuda daxil olan inulin bağırsaq florasında faydalı bakteriyaların sayını artıraraq bağırsaq florasına müsbət təsir edir.
 
Daimi istehlak liflə zəngin olduğundan bağırsaq hərəkətini artırır. Yaxşı bir antioksidantdır. Beləliklə, xərçəng, katarakt və digər göz problemlərinin qarşısını almağa kömək edə bilər.