Təbiət

Gül kələmi

Gül kələmi, ilk dəfə Suriya kəndliləri tərəfindən becərildiyi düşünülən bitkidir. 12-ci əsrə qədər Suriyadan kənarda heç bir yerdə görülməmişdir.  Ancaq 12-ci əsrdə ərəblər Əndəlüs Əməviləri dövründə bitkini İspaniyaya gətirdilər. 14-cü əsrdən sonra Hollandiya, İngiltərə, İtaliya və Fransada becərilməyə başlandı.

 

Bu gün ABŞ gül kələminin ən böyük istehsalçısıdır. Avropa, Cənubi Amerika, Türkiyə, Hollandiya, Yaponiya və Çində də müntəzəm olaraq becərilir.
 
 
Gül kələmi kələm ailəsinin ən çox yetişdirilən nümayəndəsidir. Gül kələmi birillik tərəvəz bitkisidir. O mil kökə malik olan tərəvəzlər qrupuna daxildir. Onun yarpaqları slindir formada olub 15-70 sm hündürlüyə qədər yüksələ bilir. Gül kələminin yarpaqları böyüdükcə üfüqi vəziyyət alır və yarpaqların ortasından spiral formalı körpə kələm yarpaqları inkişaf etməyə başlayır. Yarpaqlar yerə oturduqca körpə spiralvari kələm yarpaqları böyüməyə başlayır və eninə-uzununa böyüyərək ağ gül kələminin formalaşmasına səbəb olur. Körpə kələm yarpaqlarının rəngi açıq yaşıl rəngdə olur və böyüdükcə üçkünc başlıqlar əmələ gətirir. Bu başlıqlar da inkişaf etdikcə ağ, topa şəkilli kələmlərə - gül kələminə çevrilir. Kiçik kələm başlıqları 3-15 sm ölçülərində olur və böyüdükcə rəngləri ağarmağa başlayır. Gül kələminin meyvəsi çox hissəli meyvə olub, uzunluqları 6-8,5 sm uzunluğunda olur.
 
 
Gül kələmində çoxlu vitamin və minerallar var. Tərkibində ən çox biotin olan tərəvəz kimi tanınan gül kələmi bu xüsusiyyəti ilə dəridə iltihablı maddənin əmələ gəlməsinin qarşısını alır, beləliklə də seboreya riskini azaldır.
 
 
Bu bitkidə olan birləşmələr; toksinlərin, şlakların və zəhərlərin atılmasını sürətləndirir, həzm şirələrinin sintezini stimullaşdırır, iştahanı artırır, faydalı elementlərin udulmasını sürətləndirir.
 
Hamilə qadının pəhrizinə gül kələminin daxil edilməsi körpənin inkişafında mənfi hadisələrin riskini azaldır.
 
 
Gül kələminin tərkibinə qan mikrosirkulyasiyasını bərpa edən, qan damarlarını və ürək əzələlərini gücləndirən, ürək dərəcəsini standartlaşdıran, artıq xolesterolu azaltmağa kömək edən, aterosklerotik çöküntülərin əmələ gəlməsinin qarşısını alan, qan laxtalanmasını normallaşdıran maddələr daxildir. Bu bitkinin tərkibində olan bioloji strukturlar ürək xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.
 
 
Gül kələmi ilə bədənə daxil olan kalium və digər vitaminlər bədəndəki artıq mayenin çıxarılmasına, normal su-tuz balansının saxlanmasına və ödem əmələ gəlməsinin qarşısını almağa kömək edir.
 
 
Gül kələmi orqanizmdə metabolik prosesləri sürətləndirən qida mənbəyidir. Bu otun müntəzəm istifadəsi dolayı yolla kilo itkisinə səbəb ola bilər. Arıqlamaq istəyən hər kəsin mütləq öz pəhriz siyahısında olmalıdır.
 
 
Gül kələminin tərkibindəki B qrupu vitaminləri sinir sistemini gücləndirir və bərpa edir, sinir toxumalarının daha sağlam işləməsinə kömək edir. Bu tərəvəzi həftədə iki dəfə pəhrizinə daxil edən insanların depressiyaya düşmə ehtimalı, olmayanlara nisbətən daha azdır. Müntəzəm olaraq istehlak edənlər fasiləsiz və rahat yatır, gün ərzində özlərini ayıq və gümrah hiss edirlər.
 
 
Gül kələminin tərkibində çoxlu miqdarda C vitamini var. Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limonla müqayisədə daha çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin müxtəlif infeksiyalara davamlılığını artırır, orqanizmdə gedən qocalma prosesləri ləngidir.