Nağıllar, hekayələr

Gülşən Cəfərova. Başını yumağa icazə verməyən Maya

Ucqar bir şəhərdə Maya adlı gözəl, balaca qız yaşayırdı. Onun yumşaq və uzun saçları vardı. Bütün uşaqlar kimi, o da oynamağı, gəzməyi və şəkil çəkməyi sevərdi.


Balaca olanda çimməyi və su ilə oynamağı da xoşlardı. Hər gün oyuncaqları ilə birlikdə suda oynamağını səbirsizliklə gözlərdi.


Bir dəfə xoşagəlməz hadisə baş verdi, yuyunanda gözünə şampun düşdü, acısından ağlayaraq sudan çıxdı. O vaxtdan etibarən də başı yuyulanda həm ağlar, ham qışqırar, həm də tezliklə sudan çıxmaq istərdi. "Gözümü yandırır" deyə qışqırardı. Ata anası bu durumdan çox narahat olardılar.


Bu hadisədən xəbərdar olan nənə nəvəsini görmək üçün yanına yollanır. Əlbətdəki nənə əliboş deyil, şampuna əlavə ediləcək sehirli qarışıq hazırlayıb gətirmişdi.


Qarışığı şampuna əlavə edib, əvvəlcə öz başını yuyar və yandırmadığını etiraf edərdi. Sonra öz qızının başını yudu və o da dedi ki, yandırmır.


Səhəri gün Maya suda oyuncaqları ilə oynamağa başladı. Başını yumaq məqamı gələndə anası, bu "sehirli şampunu yoxlayaq?" deyə qızından soruşdu. "Yoxlayaq" deyə qız razılaşdı. Ana qızının başını şampunla yumağa başladı və onun artıq gözü yanmırdı.


Nənə durumdan razı qaldıqdan sonra öz şəhərinə geri döndü.


Maya isə birdən kiməsə lazım olar deyə şampununa əlavə olunan qarışığın reseptini yazıb saxladı.