Bu maraqlıdır!

Mayya məbədləri

Mayya məbədləri başları kəsilmiş piramidaya oxşayır, çünki ucu iti olan Qədim Misir piramidalarından fərqli olaraq, onun üstündə meydança var. Divarın səthi də Misir piramidalarından fərqlənir, çünki hamar deyillər, pillələrdən ibarətdir. Bundan başqa, mayya konstruksiyalarında Misir piramidalarından fərqli olaraq, bir tərəfində binanın yuxarısına qalxmaq üçün hündür baş pilləkən var idi. 


Məbədin yuxarısındakı meydançada allahın şəklini yerləşdirmək üçün balaca bina tikirdilər. orada tanrının şərəfinə mərasimlər keçirilirdi. Mayya piramidalarının Misir piramidalarından fərqi onda idi ki, birinci məbəd, ikinci isə sərdabə (qəbir) idi. Hərdən mayyalılar öz hökmdarlarını məbəddə dəfn edirdilər, ancaq belə hal çox az olurdu.