Nağıllar, hekayələr

Bətül Yağsayan. Siçan tələsi

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir evdə balaca bir siçan yaşayırdı. Günlərin bir günü bu siçan yem axtarmaq üçün evin içində dolaşmağa başlayır. 


Bu vaxt qarşısına siçan tələsi çıxır. Siçan balası qorxub özünü çölə atır.


Təngnəfəs halda dostu toyuğun yanına gəlib əhvalatı ona danışır.  Toyuqdan tələyə düşməmək üçün məsləhət istəyir. 


Toyuq qaş-qabağını sallayıb dillənir:
-Sənin üçün tələ qurublarsa, bundan mənə nə? Mənim bu barədə danışmağa nə vaxtım var, nə həvəsim. 


Siçan məyus halda toyuqdan uzaqlaşır. Əvvəlcə qoyunun, sonra isə inəyin yanına gedib məsləhət istəyir. Amma onların da cavabı toyuğunkundan fərqli olmur. 


Siçan çar-naçar qalıb evə qayıdır. Bir neçə gün evdə dolaşdıqdan sonra axırda tələyə düşür. Bunu görən evin xanımı qorxudan xəstəlik tapır.