Bu maraqlıdır!

Vatikanın ən məşhur rəsm əsəri

Vatikandakı Sikstin katolik kilsəsinin tavanında çəkilmiş rəsm Mikelancelo Buonarrottinin yaradıcılığının zirvəsi və tarixdə olmuş rəsm əsərlərinin ən tanınmışıdır. Bu əsər XVI əsrin birinci yarısında papa II Yuli tərəfindən sifariş verilib.

 

Kaprezo Toskanidə doğulmuş Mikelancelo öz rəsm əsərində Bibliyadakı Dünyanın yaradılışından məhşər gününə qədər ən maraqlı süjetləri əks etdirib. Bu dahi rəssam həm də böyük memar və heykəltaraş olub. O, Vatikandakı Müqəddəs Pyotr kilsəsinin böyük günbəzinin və David, Musa və Pyet kimi möhtəşəm heykəllərin müəllifidir.