Nağıllar, hekayələr

Zahid Xəlil. Qırmızıpapaq və Canavar

Yox, mən sizə həmin qırmızıpapaq nağılını danışmayacağam. Bu, başqa nağıldı. Amma həmin qırmızıpapaq qızın başına gəlib.


Qırmızrpapaq yekəlmişdi. Bir gün yük maşınını sürüb meşənin içindən keçirdi. Yük maşınının içində dəmir məhəccərlərdən düzəlmiş ev vardı. Qabağına bir canavar çrxdı. Canavar dişlərini şaqqıldadıb dedi:
—Ay qəşəng qırmızıpapaq, hara belə?
—Nənəm xəstələnib, gedirəm onu bu dəmir evə qoyub həkimə aparam.
—Qayıdanbaş məni də götürərsənmi?! Çoxdandı həkimə getmək istəyirəm.
—Sənə nə olub ki, ay ağzı qara canavar?
—Dişim ağrıyır, həkimə göstərəcəm!
—Yaxşı, qayıdanbaş səni də götürərik.

 

Qırmızıpapaq yük maşınını sürüb getdi. Canavar öz-özünə dedi:
-Yaxşı oldu. Nənəsini udaram, sonra da düşüb qaçaram. Ovçular məni tapsın görüm, necə tapacaq. Qayıdanbaş canavar yük maşınının qabağında şöngüyüb oturdu.

—Məni də şəhərə aparırsan, ya yox?
Qırmızıpapaq dedi:
—Yerimiz darısqaldı. Amma neyniyək, gəl otur.


Canavar tullanıb kuzovdakı dəmir evə girdi. Qapını bağladı. Canavar hardan biləydi ki qırmızıpapaq indi heyvanxanada işləyir, məqsədi də elə canavarı tutub heyvanxanaya gətirməkdi... Heyvanxanada uşaqlar ağzıqara canavara maraqla baxırdılar. Bir uşaq barmaqlarını onun gözünə tuşlayıb deyirdi:
—Qırmızıpapağı aldatmaq istəyən Canavar budur. Gör dişlərini necə ağardır?


Canavar aldadıldığını başa düşüb hirslə belini dəmir köşkün divarlarına sürtüb mırıldayırdı ki, qırmızıpapağı bu dəfə də yeyə bilmədi...