Şeirlər

Əyyub Türkay. Təmizkar Lalə

Tozsoranı işlətdi,
Balaca, dəcəl Lalə.
Guya ki, iş görürdü,
Sevinib gülə-gülə.


Anası gəlib gördü,
Lalə oyun çıxarıb.
Tozsoran udub xırda
Əşyaları aparıb.


Lalə dedi: -ay ana,
Mənə sağ ol denən sən.
Bax, otağımı necə,
Tərtəmiz etmişəm mən.