Bənna sərçə
Bu sərçə də adi sərçələrə bənzəyir. Bənna sərçələr birlikdə ağac başında dam düzəldir. Bəzən damın uzunluğu iki metrə çatır. Onlar cüt-cüt olub bu damın altında özlərinə ayrıca yuva tikir. Yuvaya aşağı tərəfdən yol qoyurlar. Bənna sərçələr cəld, acgöz və səs-küylü olurlar. Böyük dəstələrlə yaşayırlar.
Bənna sərçələrin yuvaları yaşayış məntəqəsinə oxşayır.
Bu məntəqələrin hər birində yüzlərcə kiçik yuva olur.