Nağıllar, hekayələr

Əyyub Türkay.Şirin dərman

Mədinənin dörd yaşı var idi. Qızcığaz nə vaxt soyuq su içərdisə boğazı ağrıyar, hərarəti qalxardı. Belə olanda Mədinənin valideynləri ailə həkimini evə dəvət edirdi. Həkim balaca qıza hərarətinin və boğaz ağrılarının azalması üçün iynə vururdu. 

 

Bir gün Mədinə yenə soyuqlamışdı. Ağ xalatlı həkimin iynəsindən qorxan Mədinə çox narahat idi. Amma həkimin bu dəfə ona həddiyyə gətirməsi qızcığazın qorxusunu xeyli azaltmışdı. Qızı müayinə edən həkim hərarətinin az olduğunu bildirərək özü ilə gətirdiyi dərman şərbətini qəbul etməyi qızcığaza tapşırdı. Həkim gedəndən sonra Mədinə gülə-gülə bacı və qardaşının olduğu otağa gəldi. Onlar iynədən qorxan Mədinənin ağlamadığını, əksinə, güldüyünü gördülər. Qızcığazdan gülüşünün səbəbini soruşanda Mədinə bildirdi ki, həkim xala bu dəfə mənə iynə vurmadı, şirin dadlı dərman içməyi tapşırdı.