Yosemite Milli Parkı
Yosemite Milli Parkı dünyada ən məşhur təbiət qoruqlarından biridir. Park Kaliforniyanın şərqində, Syerra-Nevada dağlarında yerləşir. Yosemite parkının geoloji quruluşu qranit qayalıqlar və tarixi qayalıqların qalıqlarından ibarətdir. Təxminən 10 milyon il əvvəl Syerra Nevada çayı əvvəl qabarmış və daha sonra da yana yataraq maili qərb yamaclarını və daha sərt maili şərq yamaclarını meydana gətirmişdir. Bu qabarma nəticəsində dərə və çay yataqlarının dikliyi artmış, bu da dərin və dar dərələrində meydana gəlməsinə səbəb olmuşdur. Təxminən 1 milyon il əvvəl buralarda qar və buzlanma hakim olmuşdur.
Park öz möhtəşəm qayaları, şəlalələri, nəhəng sekvoya ağaclarından ibarət meşələri, qeyzerləri, minlərlə gölləri, gölməçələri və çayları ilə məşhurdur.
Insanlar vadinin mənzərəsini seyr etmək üçün dünyanın hər yerindən gəlirlər. Parkın əsas cazibəsi təbiətin əsl möcüzələrindən sayılan sekvoyalardır.
Sekvoya dünyanın ən hündür ağacı olmaqla yanaşı, həm də bütün planetdə ən uzun ömürlü canlıdır. Onu da qeyd edək ki, dünyanın ən yaşlı ağacı da Kaliforniya ştatındadır: sekvoya növünə məxsus bu ağacın yaşının 3500 ildən çox olduğu təxmin edilir.
Sekvoya ağacları dünyanın ən qəribə ağaclarından biridir. Bu nəhəng ağaclar həm uzununa həm də eninə doğru min illər boyu böyüyərək ən böyük ağaclara çevriliblər.
Park 1984-cü ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
17.05.2023