Nağıllar, hekayələr

Bir damla su həyata bərabərdir. Misir nağılı

Mәn bir damla suyam. Qardaşlarımla birlikdә Nil çayında yaşayırdım. Biz Misirә uzun sәfәrdәn sonra gәlib çıxdıq. Şәhәrlәrdәn, meşәlәrdәn, sәhralardan ötüb keçdik. Bu әbәdi çayla sәfәrә görә çox xoşbәxt idik.


Bir gün milyonlarla sakini, saysız-hesabsız zavodları, evlәri vә dükanları olan böyük bir şәhәrdәn keçirdim. Çayın sahilindә bir gәnc oturub hәyat yoldaşı ilә söhbәt edirdi.


O, hәyat yoldaşından soruşdu:
– Görәsәn, bu çayın suyu övladlarımıza, nәvәlәrimizә içmәk, sәnayedә vә әkinçilikdә işlәtmәk üçün kifayәt edәr?


Yoldaşı cavab verdi:
– Ruzini verәn Allahdır.


Gәnc dedi:
– Allah bizә fikirlәşmәk üçün ağıl verib. İnsanların sayı çoxalıb, sular isә әlli ildәn bәri artmayıb.


Yoldaşı dedi:
– Bәs nә etmәk lazımdır?


Gәnc cavab verdi:
– Biz ailәmizi nizam-intizama salmalıyıq.


Yoldaşı onun fikri ilә razılaşdı. Mәn bu söhbәtdәn çox şad oldum. Öz-özümә dedim: “Kaş bütün insanlar belә fikirlәşәydi”.


Qardaşlarımla birlikdә çayda üzәndә birdәn gördüm ki, balıqlar hirsli-hirsli, boğula-boğula ora-bura vurnuxurlar.


Bacımdan bunun sәbәbini soruşanda sahildәki zavodu göstәrib dedi:
– Zavod çaya zәhәr vә parçalanan maddәlәrlә dolu qara su axıdır.


Mәn soruşdum:
– Bәs bunun әlacı nәdir?
Bacım dedi:
– Zәhәrli tullantılardır, bizim rәngimiz çirklәnәcәk vә zәhәrlәnmә nisbәtimiz artacaq, insanlar da bizi içmәkdәn, bizdәn istifadә etmәkdәn imtina edәcәk.

Bacımla o yerdәn uzaqlaşmağa tәlәsdim vә balıqların tәnәffüs etmәlәri üçün hava da olan oksigeni bir daha hәll etmәyә çalışdım. Ancaq balıqların bir hissәsi ölmüşdü, bir hissәsi isә birtәhәr zavodun suya tullantılar axıtdığı yerdәn uzaqlaşa bildi. Qәzәblәnib öz-özümә dedim: “Gәrәk mәn çayı qoyub buxarlanam ki, insanlardan uzağa, sәmaya qalxam. Onlar mәni çirklәndirdilәr, rәngimi pis, iyimi xoşagәlmәz etdilәr”. Günәş çıxandan sonra ondan istilik enerjisi alıb buxarlandım.


Külәk mәni yuxarı qovdu, әtrafımdakı buludların birinә girdim. Yerin vә dәnizlәrin üstü ilә bir yerdәn başqa yerә aparıldım. Ancaq xoşbәxtliyim çox sürmәdi, bulud mәni saxlaya bilmәdiyinә görә yağışla yerә düşdüm. Yerә düşәndә gördüm ki, çoxlu zәhәrli qazlar, tozlar hәll edirәm. Tikililәrin üstünü, bitkilәrin yarpaqlarını islatdım, bir hissәsini әridib, yandırdım vә bunu onlara etdiyim üçün çox kәdәrlәndim. Buna görә dә fikirlәşmәyә başladım: “Mәn nә çayda, nә dә sәmada xoşbәxtәm, görәsәn, daha nә etmәk olar?”


Әkini suvarmaq fikriylә torpağa düşdüm, ancaq torpaq sahibi mәnә vә qardaşlarıma torpağı hәddindәn artıq çox verdi. Әkinçinin sәpdiyi gübrәlәri, dәrmanları özümlә torpağın altına apardım vә qardaşlarımla birlikdә yenidәn çirklәndim. İndi insanlardan tәlәb etmәliyik ki, bizi gündәlik hәyatlarında istifadә etdikdәn sonra tәmizlәsinlәr ki, onların sağlamlıqlarını qoruyaq.


Çaşbaş qalmışdım… “Görәsәn, qardaşlarımla birlikdә haraya gedәk ki, çirklәnmәdәn xilas olaq?”


Nәhayәt, tullantıları çaya axıdan insanlardan uzağa, yerin dibinә qaçmaq fikrinә gәldim. Torpağın qatlarına nüfuz etdim, yolboyu yerin tәbәqәlәrindә olan duzları әritdim vә bitkilәrin kökünә bu duzlardan bir qәdәr verdim. Qalan hissәsi isә yerin tәbәqәlәrindә bir su mәcrasına çatanadәk mәnimlә qaldı.


Yerin altında saf su damcılarından olan qardaşlarımla xoşbәxt idim. Ancaq görürdüm ki, yerin tәbәqәlәrini çirklәndirirәm. Bir halda ki, yerin altında hәrәkәt etmәyә mәcburam, nә etmәli?!


Biz su nasosu olan su quyusuna çatdıq. Kәndli bir qadın içmәk vә pal-paltar yumaq dan ötrü qabını doldurmaq üçün bizi yuxarı qaldırmağa başladı. Sәhiyyә standartlarının icazә verdiyindәn daha çox duzlar, gübrәlәr vә dәrmanlar hәll etdiyimizә görә o qadın bizi içmәdi vә yalnız yumaq işlәrindә istifadә etdi.


Mәn insanların hәr yerdә, hәr zaman bizә atdıqları zәhәrli vә zәrәrli mәddәlәrin tәsirinin qarşısını almaq üçün bir iş görmәk istәdim. Qәrara gәldim ki, qardaşlarımla birlikdә süzüldüyüm sutәmizlәmә stansiyasına gedim. Boruların içi ilә şәhәr şurası sәdrinin evinәdәk getdim.


Sәdr sәhәr yuyunanda mәn onun qulağının dibindә dayanıb pıçıldadım:
– Çayı, kanalı, göllәri çirklәndirәn insanlar tullantıları bizim yanımıza atmamışdan öncә tәmizlәmәlidirlәr, belә etsәlәr, tәmiz qalarıq.


Kişi mәnimlә razılaşıb dedi:
– Biz çirklәnmә mәnbәlәrini tәmizlәyәcәyik ki, çaya atılmamışdan әvvәl tәmiz olsunlar.


Bu sözlәr mәni çox xoşbәxt, çox rahat elәdi. Düşündüm: “Bundan sonra tәmiz olacağam vә insanlar, heyvanlar mәnә görә tәhlükәli xәstәliyә tutulmayacaqlar.


Mәn yenidәn hәyat mәnbәyi olacağam”.