Nağıllar, hekayələr

Kiçik balıqçı. Misir nağılı

Kasıb bir balıqçı arvadı ilә dәniz sahilindә kiçik bir daxmada xoşbәxt yaşayırdı. Dәnizdәn balıq tutub satır, qazandığı pula ailәsi üçün lazım olan şeylәri alırdı. Belәcә, xoşbәxt yaşayırdı. Ancaq onun övladı yox idi.


Günlәrin birindә balıqçı, adәti üzrә, sәhәr tezdәn yuxudan oyanaraq, qayıqla dәnizә çıxdı vә sahildәn xeyli uzaqlaşdı. Dәnizә atdığı balıq torunu çәkib çıxardanda boş olduğunu gördü. Yerini dәyişәrәk, toru yenidәn dәnizә atdı… Tora bu dәfә dә balıq düşmәmişdi. Bax belәcә, yerini dәyişә-dәyişә, günortaya qәdәr balıq tuta bilmәdi…


Balıqçı yoruldu, mәyus halda toru yığaraq qayığa atdı, sonra avarları çәkib sahilә doğru yönәldi. Sahilә çatanda qayıqdan düşdü, bir daşın üstündә oturub, ağlaya-ağlaya özüylә danışmağa başladı: “Övladım olsaydı, mәnә balıq tutmaqda kömәk edәr, yaşlandıqda da qayğıma qalardı”.


Balıqçı oturub bu barәdә fikirlәşәrkәn qәflәtәn onu çağıran bir sәs eşitdi. Әtrafına baxdı, sonra başını sәmaya tәrәf qaldırdı. Ona elә gәldi ki, bir mәlәk deyir: “Ey balıqçı, qәm yemә, qalx ayağa vә sağ tәrәfdәki böyük qayaya tәrәf get, torunu suya at, sәni çox böyük xeyir-bәrәkәt gözlәyir. Ancaq tutduqlarından xәstә qonşuna da vermәyi unutma. Allah әvәzini verәr, övlad arzunu hәyata keçirәr”.


Balıqçı gözәl yuxu görüb oyanan adam kimi, şad halda tez yerindәn qalxdı. Qayığına minib, mәlәyin dediyi böyük qayaya tәrәf yönәldi. Toru dәnizә atıb çәkmәyә başlayanda onun ağır olduğunu hiss elәdi. Çıxaranda gördü ki, tor böyük balıqlarla doludur. Balıqları qayığa yığıb sahilә qayıtdı. Sonra onları bazarda sataraq, xeyli yemәk alıb, qoca, xәstә qonşusunun daxmasına yollandı.


Qonşusunun qapısını döydü. Qapını çox gümrah bir oğlan uşağı açdı vә onu içәri dәvәt etdi. Balıqçı tәşәkkür edib, onun adını soruşdu. Uşaq cavab verdi:
– Adım Salehdir.


Balıqçı yemәyi uşağa verib, öz evinә qayıtdı. Başına gәlәnlәri, mәlәyin ona dediklәrini evdә danışanda arvadı dedi:
– Nә gözәl iş görmüsәn! Qonşuya kömәk etmәk imandandır...


Balıqçı hәr gün xәstә qonşusuna yemәk gәtirirdi. Belәcә, Salehlә möhkәm dostluğu yarandı. Onlar hәr axşam görüşmәyә başladılar. Balıqçı Salehә balıqçılıqdan, dәnizdәki qәribә balıqlardan vә heyvanlardan danışırdı.

Bir gün axşam vaxtı Saleh sabah balıq tutmağa gedәndә onu da özü ilә aparmasını balıqçıdan xahiş etdi. Balıqçı dedi:
– Sәni özümlә aparmaq mәnim üçün xoşdur, ancaq gәrәk valideynlәrindәn icazә alasan.


Saleh dedi:
– Mәn onlardan bu gün sәhәr icazә istәdim, sәninlә birlikdә dәnizә çıxıb balıq tutmağı öyrәnmәyimә razılıq verdilәr...


Sәhәr tezdәn Saleh balıqçı ilә dәnizә çıxmaq üçün onun daxmasına gәldi. Balıqçının yoldaşı sәhәr yemәyi hazırladı, sonra isә balıq tutmaq üçün lazım olan lәvazimatı qayığa yığmaqda onlara kömәk etdi.


Belәcә, hәr gün dәnizә çıxmağa başladılar.


İllәr ötüb-keçdi, Saleh böyüyüb mahir balıqçıya çevrildi. Bir gün o, hәmişәki kimi, ustadının daxmasına gәldi. İçәri girәndә balıqçının yataqda ah-zar etdiyini gördü. Arvadı isә onun yatağının kәnarında kәdәrli halda oturmuşdu. Saleh nә baş verdiyini soruşanda balıqçı dedi:
– Oğlum, xәstә olduğum üçün bu gün dәnizә çıxmayacağıq.


Saleh dillәndi:
– İcazә ver, özüm gedim... Mәn artıq böyümüşәm, hәr şeyi öyrәnmişәm.
Balıqçı dedi:
– Oğlum, başına bir iş gәlmәsindәn qorxuram.
Saleh cavab verdi:
– Allah mәnimlәdir. Mәnim üçün dua elә... Sahildәn çox uzaqlaşmaram...


Saleh balıq tutmaq üçün lazım olan şeylәri qayığa yığdı. Sonra qayığı sahildәn dәnizә itәlәyib, mәharәtlә onun içinә atıldı. Avarları sürәtlә çәkәrәk, balığın çox olduğu yerә çatıb, toru dәnizә atdı...


Toru çәkәndә onun çox ağır olduğunu hiss elәdi. Sevincәk dedi:
– Sükürlәr olsun Allaha! Şübhәsiz ki, tor balıqla doludur.


Nәhayәt, tora böyük bir balığın düşdüyünü gördü... Çox böyük... Bu, Salehin hәyatda gördüyü әn böyük balıq idi! O qәdәr sevindi ki, toru әlindәn buraxıb әl çalmağa başladı. Bu zaman balıq toru çәkib suyun altına girdi...


Saleh özünü itirmәdi, dәrhal avarları çıxarıb balığın belinә atlanaraq, onun üstündә dayandı.


Balıq hirslәnib Salehi belindәn salmaq istәsә dә, bacarmadı...


Saleh böyük balığın belindә oturub ayaqlarını onun bәdәninә bәrk sıxdı vә avarları çәkmәyә başladı. Sahilә çatıb balığı qumun üstünә çıxartdı, sonra ağzına qarmaq taxaraq balıqçının daxmasına tәrәf apardı...


Balıqçı vә yoldaşı onu görәndә çox sevindilәr, çәkdiyi zәhmәtә vә dürüstlüyә görә tәşәkkür edib, balığı iki yerә böldülәr. Saleh bir hissәni götürüb xәstә qonşuya apardı...


Balıqçı yuxusunda gördü ki, mәlәk onu çağırıb deyir: “Sәnә kömәk edәcәk bir oğlan uşağı arzulayırdın. Xәstә qonşuna etdiyin yaxşılığa görә Allah sәni mükafatlan dırdı, sәnә qoçaq bir oğlan uşağı verdi... Bu, Salehdir!”