Təbiət

Marmotlar

Marmotlar xarakterik olaraq qısa, lakin möhkəm ayaqları, qazmağa yaxşı kömək edən genişlənmiş pəncələri, iri başları və kəsici dişləri olan iri gəmiricilərdir. Bu ot yeyənlər yayda aktivdirlər, tez-tez qrup halında olurlar. 

 

Marmotlar adətən yuvalarda yaşayır və qış boyu orada qışlayır. Əksər marmotlar olduqca sosialdır və xüsusilə həyəcanlandıqda bir-biri ilə ünsiyyət qurmaq üçün yüksək səsli fitlərdən istifadə edirlər. Onlar əsasən bir çox növ ot,  mamır, kök və çiçəklərlə qidalanırlar.

 

Mamotların havanı qabaqcadan xəbər vermələri barədə inanc insanlarda lap çoxdan yaranıb. Marmot, yaxud torpaq donuzu qış yuxusuna gedən bir heyvandır. Qışda o yuvasından çıxmır. Qədim ənənəyə əsasən, fevralın ikinci günü çıxır. Buna görə də fevralın 2-ni "torpaq donuzu günü" adlandırırlar. 

 

Marmot yuvasından çıxanda ətrafa göz gəzdirir. Əgər hava buludludursa və o öz kölgəsini görmürsə, heyvan bayırda qalır. Bu yaxşı əlamətdir. O deməkdir ki, qışın axırında hava əla olacaq. Lakin əgər marmot öz kölgəsini görürsə, yəni hava buludsuzdursa, o təzədən yuvaya qayıdır ki, bir az da yatsın. Qədim inanclara görə bu o deməkdir ki, şaxta hələ altı həftə də davam edəcək. 

 

Lakin insanların çoxu buna inanmır. Çünki marmotun havanı qabaqcadan söyləmək bacarığına dair heç bir fakt yoxdur. Bunun üçün heyvanın heç bir xüsusi istedadı da yoxdur. 

 

Başqa səbəb odur ki, marmot yuvasından heç də həmişə fevralın 2-i çıxmır. Bəzən bu daha tez, bəzən daha gec olur.

 

Avropada da bu inanc var. Orada bu kirpiyə aid edilir. Macarıstanda bu inanc ayılara aid edilir.