Nağıllar, hekayələr

Solmaz Amanova. Qızıl limon

Səhər tezdən paltarlarını səliqəyə salmaq üçün sandığın qapağını açanda Leyla çox həyəcanlandı. Sevimli paltarlarının üstündə güvə sürfələri vardı.

 

Sandıqdan bir-birinin ardınca güvə düşmüş yun paltarları çıxartdıqca Leyla bilmirdi nə etsin-qışqırsın, ağlasın. Lənətə gəlmiş güvə ən gözəl yun paltarlarını yeyib, xarab eləmişdi. Leyla həyəcanla pəncərəni açdı. Qatlarının arasında saysız-hesabsız güvə sürfələri olan paltarları çırpmağa başladı. Küçədən yaşlı və kasıb qadın keçirdi. Leyla öz-özünə düşündü: «Bu paltarları onsuz da geyinə bilmərəm. Verim, bu qadın aparsın həyətdə - bacada geyinsin». Düşündüyü kimi də etdi. Kasıb qadın çox sevinirdi. Onun heç vaxt belə gözəl paltarları olmamışdı. Güvə deşdiyi yerleri isə səliqəylə tikib düzəldəcəkdi:

 

Qızım, kefini pozna. Yadında saxla, gələn dəfə qis paltarlarını yığışdıranda aralarına limon qabığı qoyarsan. Onun ətri güvəni qovur. Mənə də rəhmətlik nənəm  deyib. O, yun corabların arasına həmişə limon qoyardı.