Mağaralar bu gün
Müasir dövrdə hələ də yeni mağaralar kəşf edilir. Çindəki Difenq Donq mağarası 1990-cı illərədək hələ də kəşf edilməmişdi. Bu, dünyada ən böyük girişə malik mağaradır, onun girişinin eni 550 yarddan ( 502.92 m) çoxdur.
Sualtı mağaraları da kəşf etmək çətindir. Dünyanın ən uzun sualtı mağaraları Meksikanın Yukatan yarımadasının şərq sahillərində yerləşir. Bu mağaralar silsiləsinin uzunluğu 1000 mildir.
Mağaralar tədqiqat aparmaq üçün mükəmməl yerdir. Amma onlar həm də təhlükəli ola bilər.
Mütəxəssislə məsləhətləşmədən təkbaşına mağara araşdırmaq doğru deyil. Mağaralar həm də çox kövrəkdir. İnsanların mağaraları tez-tez ziyarət etməsi onlara ziyan ver bilər.
Qlobal istiləşmə mağarada yaşayan canlıların həyatı üçün təhlükəlidir. Onların yaşaması üçün sabit temperatura ehtiyac var. Əgər mağaralarda temperatur artarsa, hava kəskin dəyişərsə, bu canlılar tələf olacaq.
12.06.2023