Bu maraqlıdır!

Nəqliyyat vasitələrində təhlükəsiz yerlər

Səyahətlər zamanı təhlükəsizliyimiz  çox önəmlidir. Nə ilə səyahət edirik?  Avtomobillə? Gəmi ilə? Yoxsa qatarla? Gəlin, nəqliyyat vasitələrində təhlükəli və təhlükəsiz yerlər barədə danışaq. 

 

Avtomobildə təhlükəsiz yerlər: arxa oturacaqda sürücünün arxasında və yaxud ortada. Belə ki, maşının bu hissəsi ”kəllə-kəlləyə” toqquşma zamanı deformasiyaya uğramır.


Təhlükəli yerlər: sürücünün yanında. Qəza anında ilk təhlükə məhz qarşıda oturanı gözləyir.

 

Qatarda təhlükəsiz yerlər: qatarın mərkəzinə yaxın vaqonlar. 5-ci və 6-cı kupelər. Belə ki, qəza zamanı birinci, ikinci və sonuncu vaqonlar əzilə və xətdən çıxa bilər.


Təhlükəli yerlər: hərəkət istiqamətində olan yerlər, belə ki, əyləc basıldığı anda onlardan yıxılmaq daha realdır.


Marşrut taksisində təhlükəsiz yerlər: üzü hərəkətin əksinə ən təhlükəsiz yerlər hesab olunur. Təhlükə anında öndəki oturacağa çırpılmaq qorxusu yoxdur.


Təhlükəli yerlər: pəncərənin və qapının yanındakı oturacaqlar. Avtomobildə olduğu kimi, sürücünün yanındakı yer də təhlükəli hesab edilir.

 

Gəmidə təhlükəsiz yerlər: göyərtə və göyərtəyə yaxın kayutlar, çünki gəminin yuxarı hissəsi suyun altına ən sonda gedir.

 

Təhlükəli yerlər: aşağı kayutlar. Çünki zədələnmə zamanı onlara su daha tez və sürətlə dolur. Və onları tərk etmək çətinləşir.


Avtobusda təhlükəsiz yerlər: salonun ortasındakı hərəkət istiqamətində yerləşən kənar sağ oturacaqlar. Çünki bu yerlər qarşıdan gələn nəqliyyat növünə ən uzaq məsafədədir.


Təhlükəli yerlər: ilk iki sıra və pəncərələrin yanında olan oturacaqlar. Arxa oturacaqlar isə arxadan zərbə halında olduqca təhlükəli ola bilər.


Təyyarədə təhlükli və təhlükəsiz yerlər barədə fikir ayrılıqları çoxdur. Mütəxəssislər bu mövzuda ortaq fikrə gəlməkdə çətinlik çəkirlər. Amma əksəriyyəti iddia edir ki, təyyarənin quyruq hissəsi ən təhlükəsiz yeridir.


Ən təhlükəli yer isə təyyarənin qabaq hissəsindəki ilk sıralardır.

 

Göy qurşağı uşaq jurnalı