Təbiət

Aulostomus (Çubuq balığı)

Ətrafdakı fonla birləşərək rəngini dəyişə bilən bu balığın arıq gövdəsinin uzunluğu 1 metrə çatır. Balıq sualtı bitkilər arasında şaquli vəziyyətdə, hətta başıaşağı üzəndə onu görmək çox çətindir. Bu cür bacarıqlı maskalanma ona ovlamağa və eyni zamanda daha böyük yırtıcı tərəfindən qorunmağa kömək edir.


Elmi adı Aulostomus olan balığı Truba balığı, çubuq balığı kimi də adlandırırlar. 


Bədən quruluşu elə təəsürat bağışlayır ki, sanki uzun bir ağzı var, amma əslində bu, çox uzanmış bir başdır, balığın ağzı kiçikdir. Ov zamanı balıq uzun müddət gözləyir və yalnız son anda ağzı irəliyə doğru hərəkət edir və qurbanı udur. 


Kürəyində yırtıcıları qorxutmaq üçün təhlükə qarşısında qalxan tükləri var. Çəkisi və ömrü barədə dəqiq məlumat yoxdur.


Aulostomus təxminən 4-25 m dərinlikdə, mərcan rifləri arasında təmiz suda yaşayır. Atlantik okeanının qərbində, Florida, Baham adaları, Meksika körfəzi və Bermud adalarında rast gəlinir.


Balıq ilk dəfə 1841-ci ildə Fransız zooloq Achille Valenciennes tərəfindən Aulostomus maculatus olaraq tanınıb.