Təbiət

Burunlu Çipura (Cymatoceps nasutus)

Burunlu Çipura Sparidae ailəsinə aid Cənubi Afrika dəniz balığı növüdür.

 

80 m dərinliyə qədər qayalıq ərazilərində rast gəlinir, xərçənglər və dəniz kirpiləri kimi sərt qabıqlı onurğasızlarla qidalanır.

 

Bu canlının uzunluğu 130 santimetrə qədər arta bilər, çəkisi isə 45 kiloqrama çatır. Yastı, uzun burnu və güclü dişləri var.  

 

Burunlu çipuranın həddindən artıq balıq ovu səbəbindən sayı nəzərəçarpacaq dərəcədə azalır. Bu prosesi ləngitmək üçün ovlama məhdudiyyətləri var: məsələn, hər bir balıqçıya gündə birini tutmağa icazə verilir və onun uzunluğu ən azı 50 santimetr olmalıdır.

 

Bu canlıların qida rasionunu xərçəngkimilər və mollyuskalar, o cümlədən dəniz ulduzu, xərçəng, dəniz kirpisi, bir sözlə sərt qabıqlı və ya qabıqlı bütün su canlıları təşkil edir. Güclü çənələrə və güclü dişlərə malikdir və bu, onlara çox çətinlik çəkmədən sərt qabıqları soymağa imkan verir.

 

Yetkinlər təxminən 100 metr dərinlikdə qayalı riflər arasında yaşayır, yeniyetmələr isə təbii qaya hovuzlarında dayaz suya üstünlük verirlər. Onlar isti təmiz suyu sevirlər və temperaturun dəyişməsinə kifayət qədər həssasdırlar.