Nağıllar, hekayələr

Şəfiqə Ağayeva. Alaq

Anası Zәrifәni evdә qoyub işә getmişdi. Oyuncaqları ilә oynamaq Zәrifәni darıxdırdı. Hәyәtә çıxdı ki, qonşu uşaqlarından birini çağırıb onunla oynasın. Hәyәtdә һeç kәs yox idi. O, ayağını bir kötüyün üstünә qoyub o biri һәyәtә boylandı. Qonşuları Sona xala göyәrti lәklәrinin alağını tәmizlәyirdi. Oğlu Rasim dә ona kömәk edirdi. Lәkdәn nә isә bir-bir çәkib kәnara atırdı.

 

Zәrifә onu sәslәyib dedi:
— Rasim, gәl bizә oynayaq.


Rasim Zәrifәyә baxıb dedi:
—İşim var, görmürsәn anama kömәk edirәm?


Zәrifәnin ağlına qәribә bir fikir gәldi. O, öz-özünә dedi: "Hә, lap yaxşı oldu, indi mәn dә lәklәrimizi tәmizlәrәm, anam işdәn gәlәr; görüb sevinәr". Zәrifә işә başladı. O, lәkdәki göyәrtilәri bir-bir çәkib atdı. Bir azdan lәk tәrtәmiz oldu. Zәrifә sevinirdi. O, anasının gәlmәsini sәbirsizliklә gözlәyirdi. Bәs necә! İndi cә qapı açılacaq, anası һәyәtә girәcәk,gülә-gülә qızına deyәcәkdir:
— Afәrin qızım, nә yaxşı iş görmüsәn. Sәnin kimi kömәkçim var, daһa mәnim nә dәrdim!

 

Zәrifәnin anası işdәn gәldi. Gözü һәyәtdәki lәkә sataşan kimi qanı qaraldı. Acıqlı-acıqlı dedi:
— Zәrifә, bu nәdir? Vәzәrilәri kim yolub? Vay sәni, bizi göyәrtisiz qoyub.


Zәrifә anasının acıqlandığını görüb doluxsundu, gözlәri yaşardı.


Bilmәdi anasına nә desin.


Ancaq anası deyәsәn әһvalatı başa düşmüşdü. O, Zәrifәni bağrına basıb gülә-gülә dedi:
— Zәrәr yoxdur, qızım, bikeflәnmә, mәn alaq etmәyi sәnә öyrәdәrәm.


İndi Zәrifә alaq elәmәyi öyrәnmişdi. O, artıq alaq otlarını göyәrtidәn ayıra bilirdi. An caq birin ci dәfә alaq etdiyi yadına düşәndә gülmәkdәn özünü saxlaya bilmirdi.